Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

AZAL, yoxsa ADY: Tbilisiyə hansı ilə səfər sərfəlidir?

21.05.2026 22:31 360
AZAL, yoxsa ADY: Tbilisiyə hansı ilə səfər sərfəlidir?
Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının mayın 26-dan etibarən bərpa edilməsi xəbəri insanlarda böyük maraq doğurub. Gürcüstana və Türkiyəyə, eləcə də əks istiqamətdə səfər etmək istəyən insanlar nəqliyyat qiymətlərini müqayisə edir. Azərbaycan Dəmir Yollarının (ADY) açıqladığı məlumata əsasən, Bakı-Tbilisi marşrutu üzrə bir biletin qiyməti minimum 81 manat olacaq.

İndiki vəziyyətdə qonşu ölkəyə səfər etmək istəyənlər ya dəmir yolu, ya da hava nəqliyyatından istifadə etməli olacaqlar. 

Bəs sərnişinlər üçün hansı seçim daha sərfəli olacaq: qatar, yoxsa təyyarə ilə səfər etmək? 

Sfera.az mövcud təyyarə və qatar biletlərinin qiymətləri əsasında kiçik araşdırma aparıb.

Uzun müddətdir ki, quru sərhədlər bağlıdır. Bu səbəbdən Tbilisiyə səfər üçün yeganə yol hava nəqliyyatı olub. Bu vəziyyət AZAL-ın bilet qiymətləri ilə bağlı mütəmadi narazılıqlar yaradıb. Bəzi dönəmlərdə birtərəfli biletlər 300 AZN-i keçib və sərnişinlər üçün əlverişsiz hesab olunub. Dəmir yolunun açılmasından sonra isə AZAL-ın saytında Gürcüstan istiqamətinə müəyyən bir çeviklik və qiymət tənzimlənməsi görünür. Cari mövsüm, yəni may ayının sonu və iyun ayı üçün AZAL-ın qiymətləri fərqlidir. Hazırda birtərəfli Bakı-Tbilisi biletlərinin başlanğıc qiyməti 167 AZN – 248 AZN civarında dəyişir. Payız ayları üçün də aksiyalar mövcuddur. Əgər səfərinizi qabaqcadan, məsələn, sentyabr-oktyabr ayları üçün planlaşdırsanız, promolar daxil olmaqla 167 AZN-ə bilet tapmaq mümkündür.
 
Lakin gediş-qayıdış biletləri nisbətən bahadır; gediş 167 manat, qayıdış qiyməti isə 303 manatdır.ADY-nin təklif etdiyi 81 AZN-lik qiymət hava yolları ilə müqayisədə təxminən iki dəfə aşağıdır. Vaxt fərqini nəzərə almasaq, qatarla səfər daha cəlbedici görünür. Bu seçim büdcəsinə qənaət etmək istəyənlər üçün əlverişlidir.
 
Sərnişinlər dəmir yolunu seçməklə bir nəfər üçün 80–160 manat, iki nəfər üçün 160–320 manat, dörd nəfərlik ailə üçün isə 320–640 manat vəsaitə qənaət etmiş olur. Bu vəziyyət AZAL-ı yaxın gələcəkdə qiymət siyasətinə yenidən baxmağa məcbur edə bilər. Bakıdan Tbilisiyə gedən qatar buradan Qarsa da hərəkət edə biləcək. Qarsa, Türkiyənin şərq hissəsinə səfər etmək istəyənlər üçün bu, əla imkan olacaq. Hazırda quru yolu ilə Qarsa və ona yaxın ərazilərə yalnız Naxçıvan Muxtar Respublikasının sakinləri səfər edə bilir. Azərbaycanın digər sakinləri isə yalnız hava yolundan istifadə etməli olur.
 
Bakı-Tbilisi qatarının fəaliyyətə başlamasından sonra quru yolu ilə Qarsa da səfər imkanı yaranacaq. Türkiyə və Gürcüstan rəsmiləri Tbilisidən sonrakı xətt üçün qatar qiymətlərini hələ elan etməyiblər. Lakin ekspertlərin ilkin ehtimalları var. Onlar Bakıdan Türkiyəyə qatar biletlərinin təxminən 140–220 AZN arasında dəyişəcəyini göstərir. Əgər bu ehtimallar reallaşarsa, Türkiyənin şərq hissəsinə qatarla səfər etmək daha sərfəli olacaq.скачать dle 11.3
Mojo.az Banner