Mojo.az Banner
23:03 Şağanda otluq sahədəki yanğın söndürüldü  |     22:58 Əminə Ərdoğanın əlini öpmək istəyən Makron pis vəziyyətdə qaldı - VİDEO  |     22:52 14 il əvvəlki qətl: Cinayət işi üzrə istintaq tamamlandı  |     22:47 Yunanıstan Azərbaycandan neft idxalını artırdı  |     22:39 Dələduzluq edən altı nəfər saxlanıldı  |     22:33 Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO  |     22:28 Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu  |     22:21 Bakıda marketdən 5 min manatlıq oğurluq edilib  |     22:16 DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu (VİDEO)  |     22:10 Sosial şəbəkələrdə satılan məhsullarda təhlükəli maddə aşkarlandı - RƏSMİ AÇIQLAMA - FOTO  |     22:02 Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı  |     21:54 "Qarabağ" yeni formalarını təqdim etdi - VİDEO  |     21:49 Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı  |     21:41 Dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alındı  |     21:35 Qaqik Tsarukyan iki ay müddətinə həbs edildi  |     21:30 "Sabah" TNS-lə görüşdə hesabı açdı - CANLI  |     21:19 “Seltik” “Qarabağ”la razılığa gəldi  |     21:12 Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi  |     21:07 Pensiya alanlara şad xəbər  |     20:59 Rusiyada 14 il əvvəl törədilmiş cinayətlər üzrə ibtidai istintaq tamamlandı  |    
Left Banner
Right Banner

Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq

17.03.2025 22:35 588
Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq
Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur:

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq:

"Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə  səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər".

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.
скачать dle 11.3
Mojo.az Banner