Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan Gürcüstana səfər edən Rusiya vətəndaşlarının sayı artıb

25.07.2019 21:41 1 428
Azərbaycandan Gürcüstana səfər edən Rusiya vətəndaşlarının sayı artıb
İyulun 1-dən 21-nə qədər Gürcüstana 142 477 Rusiya vətəndaşı səfər edib.

Median.Az
report-a istinadən xəbər verir ki, bu barədə TBC Bankın “TBC Research” bölməsinin araşdırmasında bildirilib.

Sənədə əsasən, 1-7 iyul arasında rusiyalı ziyarətçilərin sayı 50 030, 8-14 iyul arasında 41 423, 15-21 iyul arasında isə 51 024 nəfər təşkil edib.

Bu ayın birinci həftəsində rusiyalı ziyarətçilərin sayında 4,1%, ikinci həftəsində 21,4%, üçüncü həftəsində isə 13,5% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstana gedən rusiyalıların 9 699 nəfəri Azərbaycandan bu ölkəyə səfər edib.

Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara tətbiq olunan qadağadan sonra (8 iyul) Azərbaycandan Gürcüstana quru yol vasitəsilə səfər edən rusiyalıların sayında artım qeydə alınıb. Belə ki, 8-14 iyul tarixləri arasında Azərbaycandan Gürcüstana 2 887 nəfər, 15-21 iyul tarixləri arasında isə 3 629 nəfər Rusiya vətəndaşı səfər edib.

İyul ayının üçüncü həftəsi ərzində Gürcüstana Azərbaycandan səfər edən Rusiya vətəndaşlarının sayı illik müqayisədə 3,5% artıb.скачать dle 11.3
Mojo.az Banner