Mojo.az Banner
13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |    
Left Banner
Right Banner

"Bu, quru sərhədlərinin açılmasına təsir göstərəcək" - Deputat

21.05.2026 19:14 318
"Bakı-Tbilisi-Bakı sərnişin qatarının yenidən fəaliyyətə başlaması Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı ticarət dövriyyəsinə, turizmin və xidmət sektorunun inkişafına, eləcə də regional inteqrasiyaya töhfə verəcək".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib. Onun sözlərinə görə, artıq regionun canlandığının şahidiyik:

"Bu canlanma şübhəsiz ki, Azərbaycanın Zəfərindən sonra sürətlənib. Çünki mövcud və görünməyən maneələrin aradan qaldırılması məhz bundan sonra mümkün olub. Cənab Prezident İlham Əliyev hər zaman diplomatiyanın önəminə diqqət çəkir. Vizasız gediş-gəliş imkanlarının genişlənməsi, dəmir yolu və digər nəqliyyat vasitələri ilə sərhəd keçidlərinin asanlaşdırılması regionun iqtisadi potensialını artıracaq və quru sərhədlərinin açılmasına da təsir göstərəcək.

Burada əsas məqamlardan biri Cənubi Qafqazın siyasi və iqtisadi xəritəsinin yenidən formalaşmasıdır. Bu prosesdə regional inteqrasiya, xalqlar arasında mübadilə və gediş-gəlişin genişlənməsi mühüm rol oynayır. Quru yollarla əlaqələrin güclənməsi daha sıx inteqrasiyaya gətirib çıxaracaq, xalqlar arasında inam və etimadın möhkəmlənməsinə şərait yaradacaq".скачать dle 11.3
Mojo.az Banner