Mojo.az Banner
19:24 Meğrinin meri həbs edildi  |     19:15 Bakıda ana qolları olmayan körpəsindən imtina etdi - RƏSMİ (FOTO)  |     19:09 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - VİDEO  |     19:01 “Kəpəz”in kapitanı zədələndi  |     18:53 Vulkan püskürdü, jurnalistlər itkin düşdü  |     18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR

21.05.2026 13:11 300
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
Azərbaycanda standart ipoteka kreditləri bütün vətəndaşlar üçün əlçatandır. Bununla yanaşı, qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular, sosial əhəmiyyətli peşə sahibləri - müəllimlər və əlbəttə ki, müharibədə həlak olan insanların ailələri üçün güzəştli mənzil imkanları mövcuddur".

Bu sözləri WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş" sessiyasında maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib.

Nazir müavini Azərbaycanda mənzil bazarının idarə olunmasında rəqəmsallaşmanın çox vacib rol oynadığını qeyd edib:

"Bütün proses tam elektronlaşdırılıb. Müraciətlər, yoxlamalar, təsdiqlər - hamısı dövlət sistemləri üzərindən rəqəmsal şəkildə həyata keçirilir. Açıq deməliyəm ki, mənzilə tələbat hələ də yüksək olaraq qalır. Buna görə də islahatlar davam etməlidir. İpoteka və Kredit Zəmanət Fondu ilə yanaşı, güzəştli şərtlərlə mənzil təqdim edən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) də fəaliyyət göstərir və həssas qruplar üçün mənzillər təqdim edir. Ən yaxşı tərəfi isə budur ki, həmin mənzillər artıq müraciət üçün hazır vəziyyətdədir."
//bizim.mediaскачать dle 11.3
Mojo.az Banner