Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR

20.05.2026 23:02 360
Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR
Ev tikmək bir çoxlarına sadə proses kimi görünsə də, hüquqi prosedurlara əməl olunmadan aparılan tikinti sonradan vətəndaşlar üçün ciddi problemlərə səbəb ola bilər.

Fərdi yaşayış evi tikmək üçün ilk növbədə torpaq sahəsinin hüquqi statusu düzgün olmalıdır.

Torpaq mütləq yaşayış təyinatlı olmalı, eyni zamanda vətəndaşın mülkiyyətində, istifadəsində və ya icarəsində yerləşməlidir. Kənd təsərrüfatı və ya başqa təyinatlı torpaqlarda inşa edilən evlər qanunsuz hesab olunur.

Qeyd edək ki, ev tikintisindən əvvəl lisenziyalı memar və ya ixtisaslaşmış təşkilat tərəfindən eskiz və memarlıq-planlaşdırma layihəsi hazırlanmalı, daha sonra həmin layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron portalına təqdim edilməlidir. Qurum layihəyə baxdıqdan sonra tikintinin normativlərə uyğun olub-olmaması ilə bağlı vətəndaşa rəsmi cavab verir.

Mütəxəssislər qeyd edir ki, bu prosedurlar yerinə yetirilmədikdə vətəndaş sonradan tikilini nə sata, nə bağışlaya, nə də girov qoya bilir. Bundan əlavə, qanunsuz tikililərə görə müxtəlif məbləğlərdə cərimələr tətbiq olunur və belə evlərin kommunal xidmətlərə qoşulması da çətinləşir.

Qeyd olunur ki, bəzi hallarda vətəndaşlar əvvəlcə tikintiyə başlayır, daha sonra isə müxtəlif yollarla icazə almağa çalışırlar. Bu isə nəticədə çıxarışın alınması və tikilinin dövlət qeydiyyatına salınması zamanı ciddi maneələr yaradır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 1 oktyabr 2023-cü il tarixli qərarına əsasən, qanunvericiliyin tələblərinə uyğun inşa edilməyən fərdi yaşayış evlərinin kommunal infrastruktura çıxışı məhdudlaşdırılıb. Ev tikərkən hüquqi prosedurlara əməl etməmək qısa müddətdə vaxt və xərcə qənaət kimi görünsə də, uzun müddətdə daha böyük maliyyə itkisinə və ciddi hüquqi problemlərə səbəb olur.скачать dle 11.3
Mojo.az Banner