Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

Sənədsiz evlərini qeydiyyata aldırmaq istəyənlərə vacib xəbər: Siyahı açıqlandı

24.09.2019 20:16 1 958
Sənədsiz evlərini qeydiyyata aldırmaq istəyənlərə vacib xəbər: Siyahı açıqlandı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakların dövlət qeydiyyatının sadələşdirilməsi, bu xidmətlərin vətəndaşlar üçün daha əlçatan olunması istiqamətində mühüm işlər görülür.

Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir.

Median.Az
bildirir ki, komitədən Sputnik Azərbaycan-a məlumat verilib ki, fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini komitənin müvafiq ofislərinə təqdim edə bilərlər.

Qeyd edək ki, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.

Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanuna əsasən, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.

Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur.

Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidirlər.

Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub.скачать dle 11.3
Mojo.az Banner