Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”

16.05.2026 23:44 483
Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”
Bu gün onlayn mərc və qumar platformalarının sosial şəbəkələr və müxtəlif media kanalları vasitəsilə geniş şəkildə reklam olunması gənclər arasında ciddi narahatlıq doğurur. Asan pul qazanmaq vədi bir çox gənci bu platformalara cəlb edir və bu da həm maddi, həm də psixoloji riskləri artırır. Belə şəraitdə maarifləndirmə və dövlət nəzarətinin rolu xüsusi əhəmiyyət daşıyır. Bəs bu reklamların məhdudlaşdırılması üçün hansı qanuni addımlar atılmalıdır? Təhsil sistemində gənclərin maliyyə savadlılığını artırmaq üçün hansı proqramlar tətbiq oluna bilər? Və ən əsası, sosial media platformaları bu risklərin qarşısının alınmasında hansı məsuliyyəti daşımalıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, bu məsələlərə ayrı-ayrılıqda yanaşmaq düzgün deyil.
Onun sözlərinə görə, qumar, alkoqol istifadəsi və qeyri-sağlam həyat tərzi bir-biri ilə əlaqəli problemlərdir və onların hər biri üzrə ayrıca dövlət proqramlarının hazırlanması uzun zaman tələb edə bilər.
T.Abbaslı qeyd edib ki, son dövrlər gənclər arasında cinayətkar aləmə meyilliliyin artması, orta məktəblərdə zorakılıq hallarının çoxalması və yeniyetmələrin bir-birinə qarşı aqressiv davranışları eyni sosial problemlərin nəticəsidir:

“Bunları yalnız qumarla əlaqələndirmək düzgün olmaz. Çünki qumar sahəsində dövlətin özü tərəfindən fəaliyyət göstərən “Misli”, “Topaz” kimi platformalar mövcuddur, lotereyalar açıq şəkildə satılır, müxtəlif idman oyunlarına mərc imkanları yaradılır. Burada da kifayət qədər gənc asan qazanc əldə etmək ümidi ilə vəsaitlərini itirir və nəticədə neqativ hallarla üzləşirlər”.

Partiya sədri hesab edir ki, dövlətin gənclərlə bağlı vahid ideoloji xətti formalaşdırılmalıdır:

“Bu ideoloji yanaşma uşaqlara bağça və məktəb yaşlarından aşılanmalıdır. Sovet dövründə kommunist və komsomol, eyni zamanda SSRİ vətəndaşı obrazı vardı. Lakin bu gün Azərbaycan vətəndaşının hansı dəyərlərə söykəndiyi aydın şəkildə müəyyənləşdirilməyib. Bu vətəndaş liberaldırmı, mühafizəkardırmı, milli-mənəvi dəyərlərə bağlıdırmı, yoxsa kosmopolit düşüncəyə sahibdir?”

Tural Abbaslı vurğulayıb ki, cəmiyyət milli-mənəvi dəyərlərə bağlı qalmalı, milli adət-ənənələr və dini dəyərlər gənc nəslə daha fəal şəkildə təbliğ edilməlidir:

“Əgər uşaqlara bağçadan və məktəbdən qumarın, oğurluğun, zorakılığın və cinayətin həm hüquqi, həm də mənəvi baxımdan yanlış olduğu öyrədilərsə, sonradan əlavə nəzarət mexanizmlərinə ehtiyac azalacaq. Bu gün gənclərin tərbiyəsində məktəblər və universitetlər əvvəlki qədər təsirli rol oynamır. Gənclərə tərbiyəni əsasən qlobal rəqəmsal platformalar və beynəlxalq sosial şəbəkələr verir. Burada isə daha çox maliyyə gücü olan tərəflərin ideologiyası təbliğ olunur. Buna görə də biz köklərimizə qayıtmalı, milli adət-ənənələrimizi və dəyərlərimizi gənclər arasında daha geniş şəkildə təbliğ etməliyik”, – deyə AĞ Partiya sədri bildirib.

Son xəbərlər