Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək

16.05.2026 21:14 399
Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək
Bu il dövlət proqramı çərçivəsində xaricdə təhsil üzrə prioritet hesab olunan ixtisaslar açıqlanıb. Siyahıda beynəlxalq münasibətlərdən mühəndisliyə, tibb sahəsindən logistika və İT istiqamətlərinə qədər bir sıra sahələr yer alıb.

Median.Az
xəbər verir ki, Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, dövlət proqramı üzrə xaricdə təhsildə əsas prioritet hesab olunan istiqamətlər strateji sahələri əhatə edir.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər, dövlət idarəetməsi, energetika, iqtisadiyyat, maliyyə və biznes istiqamətləri əsas üstünlük verilən sahələr sırasındadır.
Ətraflı

Ekspert qeyd edib ki, arxitektura, şəhərsalma, tibb və səhiyyə, təbiət elmləri, ağır sənaye, neft-qaz sənayesi və ekologiya istiqamətləri də prioritet hesab olunur.

"Eləcə də mühəndislik, informasiya və kommunikasiya texnologiyaları, bəzi mədəniyyət və incəsənət sahələri, xüsusilə nəqliyyat və logistika istiqamətləri dövlət proqramında önəm verilən sahələrdəndir”, - deyə Elçin Əfəndi vurğulayıb.

Təhsil eksperti hesab edir ki, vətəndaşların məhz bu istiqamətlərə üstünlük verməsi vacibdir:

"Bu ixtisaslar dövlətimiz üçün prioritet hesab olunur. Gələcəkdə həmin sahələr üzrə təhsil alan şəxslərin dövlət qurumlarında və təhsil müəssisələrində çalışma imkanları daha geniş olacaq”.скачать dle 11.3
Mojo.az Banner