Mojo.az Banner
13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |     13:11 Azərbaycan neftinin qiyməti 131 dolları keçdi  |     13:06 Panamada daha bir güclü zəlzələ: Prezident xalqa müraciət etdi  |     13:03 Qusarda qonşusunu telefonla çəkən qadın döyüldü  |     12:44 Rusiyaya qaçmaq istəyən azərbaycanlı həbs edildi  |     12:34 Bakı Metropoliteninə yüzmilyonlarla dollar kredit ayrıldı  |     12:08 Məktəbdə şüşələri sındıran və müəllimlərə hücum edənləri hansı cəza gözləyir?  |     11:55 Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb - Siyahı  |     11:47 “Bu vəziyyətdən radikal qüvvələr də istifadə edə bilər”  |     11:45 Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı - Video  |     11:42 Bakıda dana əti niyə bahalaşıb? - Video  |     11:36 Məktəblərdə dini təbliğat aparan müəllim və şagirdlərə qarşı tədbir görülməlidir – AÇIQLAMA  |     11:18 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"  |     23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Xaricdə təhsil almaq hüququ qazananların sayı məlum oldu

02.01.2021 15:33 969
Xaricdə təhsil almaq hüququ qazananların sayı məlum oldu
2020-ci ildə 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Həmçinin, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanın sosial iqtisadi inkişafı üzrə müəyyən olunmuş prioritet ixtisas sahələri üzrə ildə iki dəfə proqrama sənəd qəbulu həyata keçirilir.

2019-cu ilin noyabr ayında keçirilən ilk qəbuldan 34 doktorant, 2020-ci ilin iyun ayında baş tutan ikinci qəbuldan isə 23 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın 500 ən yaxşı universiteti siyahısında olan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb.

2019-2020-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada beş, Rusiya Federasiyasında üç, Latviyada səkkiz, Qazaxıstanda üç, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.скачать dle 11.3
Mojo.az Banner