Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO | 16:08 Bayramdan sonra iş rejiminə qayıtmaq: Adaptasiya dövrünü necə asanlaşdıraq? | 15:50 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi |
Mojo.az Avto
Mojo.az Avto

Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI

14.05.2026 14:03 558
Avropadan Azərbaycana qaytarılan şəxslərin SAYI AÇIQLANDI
"Azərbaycanın imzaladığı və qüvvədə olan müvafiq sazişlər çərçivəsində 2026-cı ilin aprel ayında 44 nəfər ölkəyə readmissiya olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib.

Qeyd olunub ki, Avropa ölkələrindən geri qaytarılan həmin şəxslər Azərbaycan tərəfindən qəbul olunublar.

Məlumata görə, aprel ayı ərzində DMX-yə müvəqqəti yaşama icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 6 680 müraciət daxil olub. Daimi yaşama icazəsinin alınması və müddətinin uzadılması üçün isə 542 müraciət qeydə alınıb.

Bundan əlavə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılmasına dair 1 025 müraciət daxil olub.

Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 23 316 müraciət edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən aprel ayında miqrasiya qanunvericiliyinin pozulması ilə əlaqədar 1 746 inzibati qərar qəbul olunub.

Həmçinin bu ilin aprel ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 149, ilin ilk dörd ayında isə ümumilikdə 516 qərar verilib.

Son xəbərlər