Mojo.az Banner
21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq

13.05.2026 21:01 423
Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq
Slovakiya Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasına töhfə verməkdən qürur duyur.

Bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Bakıda Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Slovakiya şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” layihəsinin icrasında iştirak edir.

Rixard Raşi aparılan yenidənqurma işlərinin irəliləyişini müşahidə etmək üçün Qarabağa səfər edəcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, bu ilin oktyabr ayından etibarən Bratislava ilə Bakı arasında birbaşa uçuşlar həyata keçiriləcək: “Mən qəti şəkildə inanıram ki, Slovakiya Respublikası azərbaycanlı turistlər və sahibkarlar üçün məşhur istiqamətə çevriləcək, necə ki, Azərbaycan da slovakiyalı turistlər və iş adamları üçün getdikcə daha cəlbedici məkana çevrilir. Slovakiya və Azərbaycan strateji tərəfdaşlardır və bugünkü hadisələr münasibətlərimizin iqtisadi, parlamentlərarası və insanlararası əlaqələr baxımından güclü inkişaf mərhələsində olduğunu açıq şəkildə nümayiş etdirir. Sonda bir daha təsdiqləmək istəyirəm ki, Slovakiya Avropa səhnəsində Azərbaycan üçün etibarlı və balanslı tərəfdaş olaraq qalır. Biz gələcəkdə də bu tərəfdaşlığı böyük intensivliklə inkişaf etdirmək niyyətindəyik”.скачать dle 11.3
Mojo.az Banner