Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lombardlarla bağlı yeni qanun: Nələr dəyişəcək?

08.05.2026 20:49 465
Lombardlarla bağlı yeni qanun: Nələr dəyişəcək?
""Lombardlar haqqında" qanun layihəsi hazırlanır və güman edilir ki, yaxın vaxtlarda Milli Məclisə təqdim olunacaq".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada məqsdə heç də sərt inzibatçılığın gətirilməsi deyil:

"Məqsəd istehlakçıların hüquqlarının qorunmasıdır. Lombard fəaliyyətinin monitorinqi göstərir ki, bir sıra hallarda istehlakçıların hüquqları pozulur. Girov kimi cəlb edilən qızılın dəyişdirilməsini, qızılın qiymətləndirilməsi ilə bağlı heç də uyğun olmayan mexanizmlərin təqdim edilməsini və kifayət qədər yüksək faizləri qeyd etmək olar. Bu, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. İstehlakçıların hüquqlarının qorunması baxımından müəyyən çağırışlar yaradır. Ona görə bu sektorun tənzimlənməsinə ehtiyac vardır. Amma söhbət ciddi tənzimləmələrdən getmir. Sərt tənzimləmələrin lombard sektoruna gətirilməsi arzuolunan deyil. Çünki bu sektorun özəllikləri var.

Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə bu sektor tənzimlənən zaman sərt qaydalardan istifadə olunmur. O baxımdan təbii ki, lombard fəaliyyəti ilə bağlı yeni qanun layihəsinin hazırlanması prosesi gedir. Bu daha çox istehlakçıların hüquqlarının qorunması ilə bağlı qaydaların qanunvericiliyə gətirilməsi və lombard fəaliyyətindən istifadə edən vətəndaşlarımızın hüquqlarının daha yaxından qorunmasına imkan verəcək".

Son xəbərlər