Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi | 13:48 İlham Əliyevdən Asif Əsgərovla bağlı sərəncam | 13:47 Bakının 9 prospekt və küçəsinin kəsişməsində yenilik | 13:45 Sərxoş halda maşın sürüb arvadının ölümünə səbəb oldu - Təfərrüat |
Mojo.az Avto
Mojo.az Avto

Vahid Əhmədov: Camaatın 100 min manatlıq əşyasına beş min manat qiymət qoyurlar

14.06.2019 17:15 1 620
Vahid Əhmədov: Camaatın 100 min manatlıq əşyasına beş min manat qiymət qoyurlar
Lombard rəhbərləri camaatı incidirlər.

Bu fikir “Lombardlar haqqında” yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki, ümumiyyətlə, qanun layihəsi deputatların narazılığına səbəb olub.

Vahid Əhmədov müzakirələr zamanı bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır.

“Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var.

Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, bunun üçün müqavilə, qəbz, digər üsullardan istifadə olunmalıdır. Daha sonra layihədə deyilir ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Nəyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirir?

Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını beş min manat dəyərində qiymətləndirirlər”, - deyə millət vəkili əlavə edib.

Millət vəkillərindən Əli Məsimli ilə İlham Əliyev də qanun layihəsini sərt tənqid ediblər.

Hər iki millət vəkili qanun layihəsinin yenidən hazırlanmasını və təkmlilləşdirilməsini təklif edib.
/oxu.az/

Son xəbərlər