Mojo.az Banner
15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA

06.08.2024 12:43 1 074
Azərbaycanda lombarda borcu olanlarla bağlı VACİB AÇIQLAMA
"Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda lombardlar tərəfindən vətəndaşların aldadılması, bəzi hallarda yüksək faizlərin təklif olunması qeydə alınıb".

Median.Az
xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Milli Məclisin VI çağırış deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bir sıra hallarda lombarda öz qızılını təqdim edib kredit götürən vətəndaş sonradan kredit öhdəliyini yerinə yetirsə də, belə həmin qızı əldə etməkdə çətinlik çəkir:

"Bununla bağlı xeyli faktlar var. Doğrudur, son illər bu istiqamətdə vəziyyətin xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. Bu da nəzarətin gücləndirilməsi ilə əlaqədardır. Eyni zamanda faizlər də kifayət qədər yüksəkdir və bəzi hallarda lombardların illik faizləri 60 faizə qədər yüksəlir. Bu da kifayət qədər yüksək faizdir.

Bu baxımdan biz bütövlükdə həm qanunvericilikdə, həm də icrada lombardlara nəzarətin gücləndirilməsini təklif edirik. Təbii ki, lombardların lisenziyası əsasında fəaliyyət göstərməsi məqsədəuyğundur və eyni zamanda, təbii elektron qeydiyyat sistemi və nəzarətin gücləndirilməsinə ehtiyac var.

Çünki qanunvericiliyin təkmilləşməsi kontekstində həm də nəzarətin gücləndirilməsinə ehtiyac var ki, vətəndaşlarımızın hüquqları pozulmasın. Çünki lombard xidmətindən istifadə edən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu kontekstdən bu istiqamətdə təkmilləşdirmələr vətəndaşlarımızın hüquqlarının qorunması baxımından vacib hesab olunur".скачать dle 11.3
Mojo.az Banner