Mojo.az Banner
23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |     22:08 Bu ölkələrdə insanlar 4 gün işləyir - DETALLAR  |     22:00 ​Bakıda bu taksilər qiyməti artırdı  |     21:55 Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?  |     21:47 Azərbaycan 5 ayda xarici ölkələrlə nə qədər ticarət əməliyyatı aparıb?  |     21:41 Ən aqressiv xərçəng növlərindən birinin hüceyrələrinin 90 faizini məhv etməyin yolu tapıldı  |     21:33 Həbsdə olan "Arzum" ilk dəfə danışdı - Vəkilinə nə deyib?  |     21:28 33 il sonra tapılan şəhidin qızı: Bizə qayıdacağını söz vermişdi  |     21:21 Niyə yaş artdıqca qarın böyüyür? - Alimlər səbəbini açıqladı  |     21:16 Xanım deputata ağır itki  |     21:09 Əməkdar artist toylara getməməsindən danışdı  |     21:03 İpoteka kreditlərinin azalması mənzil satışlarına necə təsir göstərib? - VİDEO  |    
Left Banner
Right Banner

17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ

08.05.2026 12:00 552
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə bir neçə imtahanın keçirilməsi nəzərdə tutulub.

Bu barədə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçiriləcək.

"1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çap etmək üçün https://https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D keçidindən istifadə etməlidirlər. 4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 keçidindən istifadə etməlidirlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar", - deyə məlumatda bildirilib.
скачать dle 11.3
Mojo.az Banner