Mojo.az Banner
17:41 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi - FOTO  |     16:34 Moskvada "Ferrari" ilə qəza törədən repçi Nəvai məhkəməyə verildi  |     16:08 Azərbaycanda dövlət qurumu ləğv edildi  |     16:00 Meteohəssas insanların NƏZƏRİNƏ  |     15:57 Bakıda mağazadan terminal oğurlandı - Video  |     15:50 Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI  |     15:45 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu  |     15:43 Bakıda 38 yaşlı qadın dənizdə batdı  |     15:42 Küçədə keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxsin vəziyyəti açıqlandı  |     15:33 Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     15:32 ƏDV ilə bağlı qərar: Yeni köçürmə imkanı yaradılır  |     15:21 "Psixiatriya yardımı haqqında" Qanun dəyişir - Milli Məclis TƏSDİQLƏDİ  |     15:19 Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb  |     15:15 İsmayıllıda BƏDBƏXT HADİSƏ: 5 yaşlı uşaq HOVUZDA BOĞULDU  |     15:12 Azərbaycandan tranzit keçməklə Ermənistana yeddi vaqon buğda göndəriləcək  |     14:45 Yaxın Şərqdə gərginliyin artması nefti bahalaşdırdı  |     14:25 Tarixi abidələrlə bağlı YENİ QƏRAR  |     13:18 Gəncədə yas məclisində zəhərlənənlərin SON DURUMU - RƏSMİ AÇIQLAMA  |     12:41 Rusiyada güclü zəlzələ oldu  |     12:40 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb  |    
Left Banner
Right Banner

Yeddi mindən çox şagird imtahan verəcək

06.05.2025 12:59 1 164
Yeddi mindən çox şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur. İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur.

DİM tərəfindən 2025-ci il mayın 11-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin ediliblər.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimi əməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunur.скачать dle 11.3
Mojo.az Banner