Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər

28.04.2026 11:39 738
KİV: ABŞ-də bəzi məşhur avtomobil markalarının satışı dayandırıla bilər
Bir neçə qlobal avtomobil istehsalçısı öz büdcəli modellərinin ABŞ bazarında satışından imtina etməyi planlaşdırır.

Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına əsasən, bəzi iri avtomobil şirkətləri ABŞ Administrasiyasına xəbərdarlıq ediblər ki, əgər rəsmi Vaşinqton Kanada, Meksika və Birləşmiş Ştatlar arasındakı üçtərəfli ticarət sazişini (USMCA) uzatmamaq qərarına gələrsə və ya üç ölkə arasında digər güzəştli ticarət şərtlərini razılaşdırmazsa, onlar ABŞ-də ən ucuz modellərinin satışını dayandıracaqlar.

WSJ qeyd edir ki, Yaponiyanın "Nissan", "Toyota" və Cənubi Koreyanın "Hyundai" kimi şirkətləri ABŞ alıcılarına kiçik və münasib qiymətli avtomobillər təklif etdiyi halda, yerli avtonəhənglər son illərdə bu cür modellərdən imtina ediblər: "Xarici avtokonsernlər bəzi büdcəli maşınları ABŞ-də istehsal etsələr də, onların ehtiyat hissələri Meksika və Kanadadan tədarükündən asılıdırlar.

Əvvəllər bu detallar USMCA çərçivəsində rüsumlardan azad idi, lakin ABŞ Prezidenti Donald Trampın Administrasiyası tərəfindən tarif siyasətinin dəyişdirilməsindən sonra avtomobil hissələrinə rüsumlar 25% səviyyəsində müəyyən edilib. Xərclərin bu cür artması avtomobil istehsalçılarını ABŞ bazarında ucuz modellərin satışından imtina etməyi düşünməyə məcbur edir".

Nəşrin bildirdiyinə görə, ABŞ-də ən əlçatan 10 avtomobil modelindən 8-i xarici şirkətlər tərəfindən buraxılır:

"Bu siyahıda qalan iki model isə ABŞ-nin "General Motors" şirkəti tərəfindən Cənubi Koreyada istehsal olunur. Qeyd edək ki, USMCA müqaviləsi 2018-ci ildə Vaşinqtonun təşəbbüsü ilə imzalanıb. Belə ki, ABŞ rəhbərliyi oxşar NAFTA (Şimali Amerika Azad Ticarət Assosiasiyası) ticarət sazişinin ölkənin maraqlarına cavab vermədiyini hesab edib. Yeni sənəd 2020-ci ildə qüvvəyə minib. Qaydalara əsasən, hər altı ildən bir müqavilənin planlı şəkildə nəzərdən keçirilməsi nəzərdə tutulur və bu proses 2026-cı il iyulun 1-dək yekunlaşmalıdır. Əgər razılaşma uzadılarsa, daha 16 il qüvvədə qalacaq. Razılıq əldə olunmasa, sənəd 2036-cı ildə müddəti başa çatana qədər hər il yenidən baxılmağa məruz qalacaq. Saziş ümumi dəyəri təxminən 2 trilyon dollar olan mal və xidmətləri əhatə edir. Xatırladaq ki, daha əvvəl Ağ Evdən bildirilib ki, indiki mərhələdə Kanada, Meksika və ABŞ arasında ticarət sazişinin mövcudluğu ABŞ tərəfi üçün əhəmiyyət kəsb etmir və heç bir real üstünlük qazandırmır. Vaşinqton vurğulayıb ki, Birləşmiş Ştatların Meksika və ya Kanada məhsullarına ehtiyacı yoxdur".

Son xəbərlər