Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İran Hörmüzdən qazanc əldə etməyə başladı

23.04.2026 18:15 711
İran Hörmüzdən qazanc əldə etməyə başladı
İran rəhbərliyi tarixində ilk dəfə Hörmüz boğazından hərəkət edən gəmilərə tətbiq olunan rüsumlar vasitəsilə qazanc təmin edib.

Məsələ ilə bağlı İran Məclisinin (parlamentin) sədr müavini Hacı Babai məlumat yayıb.

O bildirib ki, Hörmüz boğazındakı keçid ödənişlərindən formalaşan ilkin vəsait artıq Mərkəzi Bankın balansına əlavə olunub.

Bundan əvvəl İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçı Hörmüz boğazının ticarət gəmilərinin hərəkəti məqsədilə açıq olduğunu bəyan etmişdi. Öz növbəsində, Vaşinqton yekun müqavilə imzalanana qədər rəsmi Tehrana yönəlik dəniz embarqosunun saxlanılacağını diqqətə çatdırmışdı. Bir müddət sonra isə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən ABŞ-nin dəniz embarqosu tam ləğv edilməyənə kimi İranın boğazı qapatdığı bildirildi. SEPAH dəniz nəqliyyatı şirkətlərini İranın təlimatlarına qeyd-şərtsiz əməl etməyə dəvət etdi və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın boğazdakı vəziyyət barədə fikirlərini "əsassız" olaraq qiymətləndirdi.

Son xəbərlər