Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir

14.04.2026 14:29 579
KİV: Səudiyyə Ərəbistanı ABŞ-yə təzyiq göstərir
Səudiyyə Ərəbistanı Hörmüz boğazındakı blokadanın aradan qaldırılması və danışıqlar masasına qayıdılması tələbi ilə ABŞ-yə təzyiq göstərir.

Bu barədə "The Wall Street Journal" nəşri xəbər yayıb.

Mənbənin dövlət rəsmilərinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Trampın boğazın bağlanması ilə bağlı qərarının İranla münaqişəni kəskinləşdirəcəyindən və digər əhəmiyyətli dəniz yollarının fəaliyyətini pozacağından ehtiyat edir. Bundan əlavə, Ər-Riyad xəbərdarlıq edib ki, İran cavab tədbiri olaraq Qırmızı dənizdə yerləşən və krallığın qalan neft ixracı üçün həlledici əhəmiyyətə malik olan Bab-əl-Məndəb boğazını bağlaya bilər.

Qeyd edək ki, İran limanlarının blokadası, D.Trampın bombardman təhdidləri və başa çatmış danışıqların Tehranı Hörmüz boğazı üzərindəki nəzarəti yumşaltmağa inandıra bilməməsindən sonra, bazar ertəsi günü qüvvəyə minib.

Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələ - nüvə proqramı və Hörmüz boğazı ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı mövzusunda Tehranla razılaşma əldə edə bilmədiyini, bu səbəbdən ABŞ hərbçilərinin İranın dəniz blokadasına başladığını bəyan edib.

İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Ceyms Devid Vens rəhbərlik edib. Ondan əlavə, qrupun tərkibində dövlət başçısının xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yer alıblar.

İran nümayəndə heyətinə isə ölkə parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər.скачать dle 11.3
Mojo.az Banner