Ədəbiyyatda yeni dövr: Süni intellekt artıq yazı prosesinə daxil olur? – Yazıçıdan AÇIQLAMA
Süni intellektin sürətli inkişafı artıq onun yazılı mətnlər, hətta hekayə və kitablar yarada bilməsini mümkün edib. Bu vəziyyət ədəbiyyatın gələcək istiqaməti ilə bağlı müxtəlif suallar ortaya çıxarır. İnsan təcrübəsindən qaynaqlanmayan bir texnologiyanın yazdığı əsərlərin oxucuya necə təsir edəcəyi isə hələ də müzakirə olunur. Buna görə də gələcəkdə kitabların süni intellekt tərəfindən yazılıb-yazılmayacağı maraq doğuran əsas mövzulardan biri kimi qalır. Gələcəkdə süni intellekt vasitəsilə kitablar yazıla bilərmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən yazıçı, tərcüməçi Cəlil Cavanşir bildirib ki, süni intellekt artıq bütün sahələrdə insanın əsas köməkçilərindən birinə çevrilib.
Onun sözlərinə görə, yaradıcılıq sahəsində də süni intellekt insanın işini xeyli asanlaşdırıb.
“Süni intellekt hazırda mahnı bəstələyir, tərcümə edir, istənilən dizayn işini görür, hətta film çəkir. Eyni zamanda ədəbiyyat və kitab sahəsinə də kifayət qədər nüfuz edib. Dünya da onlarla nümunə var ki, süni intellekt kitabın ərsəyə gəlməsində iştirak edir. Amma bədii yaradıcılıq bir qədər fərqlidir. Hazırda heç bir süni intellekt aləti mənim hekayəmi, əhvalatımı danışacaq gücdə deyil. Ədəbiyyata bu tərəfdən baxsaq, süni intellekt bizim üçün hələki heç bir qorxusu yoxdur. Süni intellekt mənim yazacağım hisslərlə, emosiyalarla, yazacağım əsərin məğziylə tanış deyil”.
Yazıçı bildirib ki, o, yalnız düzgün hazırlanmış promtlar vasitəsilə müəyyən məsələlərdə süni intellekt alətlərindən istifadə edərək dəstək ala bilər.
“Süni intellekt vasitəsi ilə bu gün də kitab yazılır, kitab bazarımızda da bunun örnəkləri az da olsa var. Amma süni intellekt ədəbiyyat yarada bilmir, yaratsa da bu süni olur və dərhal hiss olunur. Ədəbiyyat təbii intellektin və zəkanın məhsuludur. Ona görə süni intellektin gələcəkdə ədəbiyyat yarada biləcəyinə inanmıram. Amma dünyada hər gün yüzlərlə kitab süni intellekt tərəfindən yazılır və yazılmağa davam edəcək”.
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən yazıçı, tərcüməçi Cəlil Cavanşir bildirib ki, süni intellekt artıq bütün sahələrdə insanın əsas köməkçilərindən birinə çevrilib.
Onun sözlərinə görə, yaradıcılıq sahəsində də süni intellekt insanın işini xeyli asanlaşdırıb.“Süni intellekt hazırda mahnı bəstələyir, tərcümə edir, istənilən dizayn işini görür, hətta film çəkir. Eyni zamanda ədəbiyyat və kitab sahəsinə də kifayət qədər nüfuz edib. Dünya da onlarla nümunə var ki, süni intellekt kitabın ərsəyə gəlməsində iştirak edir. Amma bədii yaradıcılıq bir qədər fərqlidir. Hazırda heç bir süni intellekt aləti mənim hekayəmi, əhvalatımı danışacaq gücdə deyil. Ədəbiyyata bu tərəfdən baxsaq, süni intellekt bizim üçün hələki heç bir qorxusu yoxdur. Süni intellekt mənim yazacağım hisslərlə, emosiyalarla, yazacağım əsərin məğziylə tanış deyil”.