Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü
Hadisə dünən axşam saatlarında rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 1972-ci il təvəllüdlü Bəkir Təvəkgül oğlu Bağırovun meyiti kəndi ərazisindəki örüş sahəsindən aşkarlanıb.
Onun heyvanlarını otararkən infarktdan öldüyü bildirilir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
//oxu.az
