Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadının qulağını dişlədi, amnistiyaya düşdü

21.04.2026 15:04 540
Arvadının qulağını dişlədi, amnistiyaya düşdü
Göygöl rayonunda ərlə arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.аz xəbər verir ki, 1988-ci il təvəllüdlü Mahir evində spirtli içki içib və arvadı Günelin (adlar şərtidir – red.) içki içməsinə irad bildirməsi ilə bağlı aralarında mübahisəsi yaranıb. Mübahisə zamanı o, arvadının sağ qulağını dişləyib və müxtəlif xəsarətlər yetirib.

İş üzrə izahat verən Mahir ona elan olunan ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, məlum hadisə günü saat 17-18 radələrində işdən evə gəlib:

"İşdən gələrkən içkili olmuşdum, həmçinin evə gələndə mağazadan 1 litrlik spirtli içki aldım. Həmin içkini evdə təkbaşına içdim. Sonra yanımda oturan arvadımdan "öpüş" verməyini istədim. Soyuqluğunu hiss etdim, həmənki Günel deyilsən, "bir daha öpüş ver" dedim. Həmin vaxt arvadım qulağını gətirəndə ona "dişləyərəm səni" dedim və qulağından dişlədim. Onun qulağının bir az qopduğunu gördüm və xəstəxanada qulağına tikiş vuruldu".

İş üzrə zərərçəkmiş Günelin sözlərinə görə, hadisə evlərinin həyətində baş verib:

"Həyətimizdəki divanda oturmuşdum. Evə sərxoş halda gələn Mahir məni səsləməyə başladı. Mən isə ona canımın ağrıdığını və məndən uzaq durmasını istədim. Sonra isə Mahir gəlib yanımda oturdu, başımdan öpdü. Daha sonra isə qulağımdan dişi ilə yapışdı. Əlimi qulağıma apardıqda qanadığını gördüm və xəstəxanaya getdim, həkimlər qulağıma tikiş qoydular. Polis əməkdaşları yanıma gəldi, mən də baş vermiş hadisəni danışdım və şikayət ərizəsi ilə müraciət etdim. Tibbi yardım aldıqdan sonra yaşadığım evə geri qayıtdım".

Zərərçəkmiş ifadəsinin sonunda deyib ki, məlum hadisədən sonra Mahirdən ayrılıb. O, əlavə edib ki, təqsirləndirilən şəxs onu ölümlə hədələyib və bu səbəbdən ondan şikayətçi olub.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Son xəbərlər