SEPAH içində parçalanma: İranı kim idarə edir?
İran ikinci raund danışıqlarda iştirakdan imtina etdiyini açıqlayıb. Tehran bu qərarı qarşı tərəfin “həddindən artıq tələbləri”, mövqelərin dəyişməsi və davam edən dəniz blokadası ilə əsaslandırır. Rəsmi mövqeyə görə, sözügedən blokada atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və bu, danışıqlar prosesinə ciddi zərbə vurur.
İranın bu qərarı daxili siyasi faktorlarla nə dərəcədə bağlı ola bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Güney azərbaycanlı siyasətçi Məhəmməd Rəhmanifər bildirib ki, İranda əsas qərarverici qüvvə, ölkə daxilində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab olunur.
Onun sözlərinə görə, xüsusilə Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra SEPAH-ın təsir imkanları daha da genişlənib və qərarvermə mexanizmi böyük ölçüdə bu qurumun nəzarətinə keçib.
Siyasətçi qeyd edib ki, hazırda İranın siyasi sistemində formal olaraq fərqli qüvvələr mövcud olsa da, əslində həm iqtidar, həm də müxalifət eyni struktur — SEPAH daxilində formalaşır. Ölkədə "sivil siyasətçi" kimi təqdim olunan bir çox şəxslər də keçmişdə bu qurumun üzvləri olub.
Rəhmanifər əlavə edib ki, son günlərdə İran daxilində yüksək səviyyəli danışıqlar və görüşlər keçirilib. Pakistan Silahlı Qüvvələrinin baş komandiri İrana gəldi. Bu proseslər fonunda beynəlxalq aktorların, o cümlədən Donald Trampın açıqlamaları və sosial media paylaşımları regionda əlavə gərginlik yaradıb. Trampın bu paylaşımından sonra, İran Xarici İşlər naziri Araqçi də oxşar paylaşım etdi. Bu, dünya bazarında neftin də təxminən 10 dollardan çox qiymətinin düşməsinə səbəb oldu. ABŞ tərəfinin Hörmüz boğazı ilə bağlı bəyanatlarından sonra İran rəsmiləri arasında müəyyən müddət informasiya boşluğu yaranıb və bu, ölkə daxilində müxtəlif suallar doğurub.
Siyasətçinin sözlərinə görə, İran mediasında və siyasi dairələrdə pərdəarxası razılaşmaların olub-olmaması ilə bağlı müzakirələr genişlənib. Hətta bəzi yüksək vəzifəli şəxslər açıq şəkildə rəsmi mövqe tələb ediblər. Daha sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən verilən açıqlama vəziyyətə müəyyən aydınlıq gətirsə də, bu müddətdə ölkə daxilində fikir ayrılıqları açıq şəkildə üzə çıxıb.
Siyasətçi vurğulayıb ki, SEPAH daxilində də mövqelər birmənalı deyil. Bir qrup qarşıdurmanın davam etdirilməsinin nəticə verməyəcəyini düşünür, digər qrup isə müqavimətin davam etdirilməsinin daha məqsədəuyğun olduğunu hesab edir.
Rəhmanifərin fikrincə, ABŞ-ın İrana yanaşması da prosesləri çətinləşdirir. O bildirib ki, Vaşinqton Tehran qarşısında sərt şərtlər irəli sürür, o cümlədən nüvə proqramının tam dayandırılması və raket imkanlarının ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir. Bu isə İran daxilində kompromis əldə olunmasını çətinləşdirir.
Güneyli siyasətçi sonda qeyd edib ki, danışıqların nəticə verməməsi və blokada məsələsinin həll olunmaması vəziyyəti daha da gərginləşdirir. Mövcud şəraitdə müharibənin növbəti mərhələyə keçməsi ehtimalı yüksəkdir.
“Hazırkı vəziyyətdə genişmiqyaslı qarşıdurmanın yenidən baş verməsi mümkündür. Mövcud danışıqlar formatı ilə problemin qısa müddətdə həll olunacağı real görünmür. İndiki vəziyyətdə savaşın 3-cü mərhələyə keçməsi mümkündür”, – deyə o, deyib.
Dəniz Pənahova
Median.Az
İranın bu qərarı daxili siyasi faktorlarla nə dərəcədə bağlı ola bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Güney azərbaycanlı siyasətçi Məhəmməd Rəhmanifər bildirib ki, İranda əsas qərarverici qüvvə, ölkə daxilində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab olunur.
Onun sözlərinə görə, xüsusilə Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra SEPAH-ın təsir imkanları daha da genişlənib və qərarvermə mexanizmi böyük ölçüdə bu qurumun nəzarətinə keçib.Siyasətçi qeyd edib ki, hazırda İranın siyasi sistemində formal olaraq fərqli qüvvələr mövcud olsa da, əslində həm iqtidar, həm də müxalifət eyni struktur — SEPAH daxilində formalaşır. Ölkədə "sivil siyasətçi" kimi təqdim olunan bir çox şəxslər də keçmişdə bu qurumun üzvləri olub.