Mojo.az Banner
15:13 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb  |     14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |    
Left Banner
Right Banner

Neft və qaz bahalaşır — Enerji qiymətləri 50 faiz artacaq

21.04.2026 14:07 1 278
Neft və qaz bahalaşır — Enerji qiymətləri 50 faiz artacaq
Yaxın Şərqdə gərginliyin yenidən kəskinləşməsi fonunda geosiyasi risklər təkcə hərbi və siyasi müstəvidə deyil, iqtisadi sahədə də ciddi narahatlıqlar doğurur. Benyamin Netanyahunun Qüdsdə Xavyer Miley ilə birgə çıxışında səsləndirdiyi sərt mesajlar, eləcə də Donald Tramp və ABŞ-la koordinasiya vurğusu regionda mümkün eskalasiyanın miqyasını daha da genişləndirir.

Artan gərginlik xüsusilə enerji marşrutlarının əsas nöqtələrindən olan Hörmüz boğazı ətrafında riskləri artırır və bu, qlobal bazarlarda dalğalanma ehtimalını gücləndirir. Müvəqqəti atəşkəsin bitməsi ilə bağlı qeyri-müəyyənliklər isə investor davranışına, enerji qiymətlərinə turizm sektoruna və ticarət axınlarına birbaşa təsir göstərə biləcək əsas faktor kimi önə çıxır. Artıq ölkəmizdə turizm sektorunda durğunluq müşahidə olunur.

Danışıqların dayanmasının enerji bazarlarına, turizm sektoruna və qlobal iqtisadiyyata təsirləri ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, turizmdəki durğunluğun əsas səbəbi ölkə sərhədlərinin
qapalı saxlanılmasıdır.

Xalid Kərimlinin sözlərinə görə, bu vəziyyət qismən regional münaqişələrlə əlaqələndirilsə də, sərhədlərin artıq altı ildir bağlı qalması əsas təsir amilidir:

"Turizmdə böhranın səbəblərindən biri də ölkənin turizm siyasəti və sərhədlərin bağlı qalmasıdır".

İqtisadçı qeyd edib ki, danışıqların dayanması və enerji bazarlarında gərginlik qiymətlərə birbaşa təsir edir:

"Hazırda 5 faizdən çox bahalaşma müşahidə olunur. Gərginliyin artması Hörmüz boğazı ətrafında riskləri yüksəldir. Əgər boğaz uzun müddət bağlı qalsa, qiymətlər 50 faizə qədər arta bilər. Bununla yanaşı, bazarlarda onun qısa müddətdə açılacağı ilə bağlı gözləntilər də mövcuddur".

Xalid Kərimlinin fikrincə, regional münaqişənin qlobal iqtisadiyyata təsiri ümumilikdə mənfidir. O bildirib ki, xüsusilə neft və qaz hasil edən ərəb ölkələri ciddi çətinliklərlə üzləşə bilər və bu, onların iqtisadiyyatının zəifləməsinə gətirib çıxarır.

Enerji qiymətlərində artımın əlavə təzyiqlər yaratdığını vurğulayan iqtisadçı deyib:

"Enerji qiymətlərinin bahalaşması inflyasiya təzyiqini artırır. Xüsusən enerji idxalından asılı olan ölkələr üçün ciddi problemlər yaranır. Beynəlxalq proqnozlara əsasən, qlobal iqtisadi artım tempi artıq 0,3 faiz aşağı salınıb. Müharibə riski artdıqca iqtisadi artımın sürəti də zəifləyəcək. Əsas risklər qiymət artımı və təchizat zəncirlərinin pozulması ilə bağlıdır".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner