Mojo.az Banner
Left Banner
Right Banner

Masallıda 2 100 abonentin qazı kəsiləcək

20.04.2026 17:20 327
Masallıda 2 100 abonentin qazı kəsiləcək
Aprelin 23-də saat 10:00-da Masallı rayonunun Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəsində ümumilikdə 2 100-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması Masallı rayonu Türkoba kəndində yeni inşa olunmuş ortatəzyiqli daşıyıcı qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədardır.

Qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.скачать dle 11.3
Mojo.az Banner