Mojo.az Banner
20:20 Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı  |     20:12 Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb?  |     20:07 Sabah hava necə olacaq?  |     20:00 32 il görmədiyi atasını Bakıda tapdı: Studiyadakı görüş hər kəsi kövrəltdi (VİDEO)  |     19:54 Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı  |     19:47 Yaxın günlərdə maqnit qasırğası gözlənilir – Tarixlər açıqlandı  |     19:42 Nazir müavini: Xəzərin səviyyəsinin aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir  |     19:34 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - statistika  |     19:29 "OpenAI"ın baş alimindən xəbərdarlıq: "Gələcəyə nəzarəti insanların əlində qalmalıdır"  |     19:21 Subay kişilər daha sürətli qocalır?  |     19:16 “Mannhaim Travel”in direktoru vətəndaşları xaricdə iş vədi ilə aldadıb pullarını ələ keçirdi  |     19:10 Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi  |     19:03 Azərbaycanda bu şəxslərə milyonlarla manat ƏDV geri qaytarıldı - RƏSMİ  |     18:56 Macarıstan 10 rus diplomatını ölkədən çıxarır  |     18:50 AFFA 4 klubu cərimələdi  |     18:42 Fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq  |     18:37 Bu sahədə qızlar oğlanları üstələdi - Azərbaycanda ilk  |     18:30 Bu şəxslər pensiya ala bilməyəcək  |     18:24 Küləkli havada 4 nəfər xəsarət alıb  |     18:15 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Məkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm" - Video

20.04.2026 12:37 921
Məkkəyə velosipedlə gedən səyyah:
Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Özbəkistandan velosipedlə Ümrə ziyarətinə yola düşən zəvvar, Şirvan şəhərindən keçərkən təsadüfən yerli sakinlərlə qarşılaşıb.

Səyyah Qəhrəman Eşmirzəyev bildirib ki, məqsədi velosipedlə Səudiyyə Ərəbistanına - Məkkəyə çatmaqdır. O, ilkin olaraq Tacikistan, Əfqanıstan və İran marşrutu ilə hərəkət etməyi planlaşdırsa da, sərhədlərdəki məhdudiyyətlər səbəbindən marşrutunu dəyişmək məcburiyyətində qalıb. Bu dəyişiklik səyyahın təxminən 40 gün vaxt itirməsinə səbəb olub.

Yolboyu azərbaycanlılarla tanış olan səyyah, yerli sakinlərin onu səmimi qarşıladığını və süfrələrinə qonaq etdiyini bildirib. Qəhrəman Eşmirzəyev milli mətbəximizin yeməklərini xüsusilə bəyəndiyini qeyd edib.

Səyyahın sözlərinə görə, Türkiyəyə çatdıqda maddi vəsaiti tükənərsə, orada çalışaraq pul qazanacaq və yoluna davam edəcək.
скачать dle 11.3
Mojo.az Banner