Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Ceyhun Bayramov: "Yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər"

18.04.2026 19:32 432
Ceyhun Bayramov:
"Biz hesab edirik ki, yaxın aylarda Ermənistan-Azərbaycan normallaşma prosesinə dair labüd məsələlərin həlli yekunlaşa bilər".

Median.Az
xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, son dövrlərdə normallaşma prosesi ilə bağlı mühüm hadisələr baş verib:

"Xüsusilə Vaşinqton sammiti diqqət çəkir. Ötən ilin avqust ayında Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Həmin sənəd ABŞ Prezidenti Donald Tramp tərəfindən də şahid qismində təsdiqləndi. Bununla yanaşı, sülh sazişinin paraflanması baş tutdu və ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Ümumilikdə, bu addımlar Ermənistan-Azərbaycan normallaşma prosesinin növbəti mərhələsi üçün yol xəritəsini müəyyənləşdirdi.

Bundan sonra Prezident İlham Əliyev Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. Sonrakı dövrdə atılan addımlar da bu yanaşmanın təsdiqi oldu. Bu, sadəcə siyasi bəyanat deyil, Azərbaycanın strateji baxışını əks etdirən mövqedir.

2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı. Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı.

Paralel olaraq, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər intensivləşdi. Delimitasiya üzrə hökumətlərarası komissiyanın iclası Azərbaycanın Qazax rayonunda keçirildi. Bundan əlavə, IPU çərçivəsində İstanbulda Azərbaycan və Ermənistan parlament sədrlərinin birbaşa görüşü baş tutdu. Bütün bu proseslər regionda yeni və daha müsbət bir atmosferin formalaşdığını göstərir. Ümumilikdə, normallaşma gündəliyinin müsbət istiqamətdə inkişaf etdiyini demək olar. Bununla belə, hələ də həllini gözləyən məsələlər mövcuddur.

Biz hesab edirik ki, yaxın aylarda bu məsələlər də yekunlaşa bilər. Biz buna kifayət qədər optimist baxırıq. Hesab edirik ki, Ermənistanda referendum keçirilməsi, yeni konstitusiyanın qəbul edilməsi, sülh sazişi üzrə son imzaların atılması və onun ratifikasiya edilməsi yolunu da aça bilər və bununla da daha müsbət addımların şahidi ola bilərik", - deyə nazir bildirib.

Son xəbərlər