Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

XİN başçısı: "Ermənistanla delimitasiya razılaşması normallaşma prosesinə müsbət təsir göstərib"

30.05.2024 12:33 1 473
XİN başçısı:
"Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.

O, Azərbaycanın sülh prosesinə sadiq olduğunu bir daha xatırladıb:

"Ümid edirik ki, bu, firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. Bu gün həmkarım İshaq Darı regionumuzdakı münaqişədən sonrakı vəziyyət haqqında məlumatlandırdım. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işləri, eləcə də uzun müddət davam edən mina təhlükəsi barədə məlumat verdim. Mina problemi səyləri çətinləşdirir. Ancaq Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və Ermənistanın uzun müddət işğal etdiyi dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma normallaşma yolunun işinə müsbət təsir göstərir".

Son xəbərlər