Mojo.az Banner
16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |     16:07 Şəkidə dörd nəfəri çaqqal dişləyib - FOTO  |     16:00 Günəşdə şiddətli partlayış ehtimalı var  |     15:55 Xaçmazda əməliyyat: Yeddi nəfər həbs edildi  |     15:47 Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb  |     15:46 Məktəb üçün bir uşağa 250-300 manat pul lazımdır – Açıqlama  |     15:44 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu tarixdən arta bilər  |     15:41 Naxçıvanda 250 min manatlıq dələduzluq: Saxlanılan var - FOTO  |     14:24 Şənbə günü 31° isti olacaq  |     14:19 Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu  |     14:12 "Ən böyük qiymət artımı Ermənistandadır" - Paşinyan  |     14:08 Xaçmazda 7 nəfər həbs edildi  |     14:02 "Son 10 ildə şagirdlərin savadlılığı artıb" - Məleykə Abbaszadə  |     13:57 Tbilisiyə 53 min sərnişin səfər edib - FOTO  |     13:49 İordaniyaya vizasız getmək mümkün olacaq  |     13:43 Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM (Video)

16.04.2026 13:08 999
Ermənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAM (Video)
"Bu gün Beynəlxalq Mədəniyyət Günüdür. Günümüzə qədər gəlib çıxan, Qubadakı 18-19-cu əsrlərə aid Çuxur hamamından danışmaq yerinə düşər".

Bu fikirlər AzTV-nin videomaterialında yer alıb.

El arasında "Hündürgünbəzli hamam" və ya "Bəkir hamamı" kimi də tanınır. "Çuxur hamam" adlandırılmasının səbəbi isə hamamın yerləşdiyi ərazinin yer səthindən bir neçə metr aşağıda olmasıdır. Abidənin unikallığından biri də buranın qırmızı kərpiclə tikilməsidir. Hamam Şərq memarlıq incilərindən hesab edilir.

Ümumilikdə, bu tikili 1985-ci ilə qədər hamam kimi fəaliyyət göstərib, daha sonra isə tarixi mədəniyyət abidəsi olaraq qeydiyyata alınıb və Mədəniyyət Nazirliyi tərəfindən qorunmaqdadır. 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətmiş olduqları soyqırımıların biri də Qubada baş verib. Həmin soyqırımı zamanı yerli sakinlərin bildirdiklərinə görə, məhz bu hamamda insanları buxarda boğaraq öldürüblər.
скачать dle 11.3
Mojo.az Banner