Mojo.az Banner
18:41 Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı  |     18:34 Keçmiş ər-arvadın 1.7 milyon manatlıq əmlakı hərraca çıxarılacaq  |     18:09 Keçmiş hərbi pilot VƏFAT ETDİ - FOTO  |     17:24 Uşaqlarda qızdırmalı xəstəliklər artır: Valideynlər nəyə diqqət etməlidir?  |     17:17 Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ  |     17:17 Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI  |     16:54 "Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI  |     16:52 Pakistanda üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - FOTO  |     16:28 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:23 Bakıya 4 milyon manatlıq brilyantla gəldi - FOTO  |     16:16 “El nə deyər?” deyə borca giririk: Toy xərclərinin görünməyən tərəfi – SOSİOLOQ  |     15:56 Sürücülərin NƏZƏRİNƏ: Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır  |     15:47 “Qalib ordunun hərbi qulluqçusu ölkədə ən yüksək məvacib alan şəxslərdən biri olmalıdır”  |     15:36 Məktəblərdə hicaba icazə veriləcək? — AÇIQLAMA  |     15:11 Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Putin qərar imzaladı  |     15:09 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR  |     13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tarixi abidə 1.7 milyon manata satışa çıxarıldı? - AÇIQLAMA

10.07.2024 20:00 1 128
Tarixi abidə 1.7 milyon manata satışa çıxarıldı? - AÇIQLAMA
Bakının Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" satışa çıxarılıb.

Bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında olub. Lakin Mədəniyyət Nazirliyinin binanın üzərinə vurduğu müvafiq lövhə çıxarılıb.

Murtuza Muxtarov, 141 ünvanında yerləşən "Axund hamamı" 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərib. Yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında XIX-XX əsrlərə aid olduğu qeyd edilən hamam "3706" inventar nömrəsi ilə qeydiyyata alınıb.

Məlumatlara görə, "Axund hamamı" xüsusi mülkiyyətdədir.

Sosial şəbəkələrdə iddia edilib ki, abidə 2019-cu ildən 1.7 milyon manata satışa çıxarılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" yerli əhəmiyyətli memarlıq abidəsidir:

"Tarixi tikili xüsusi mülkiyyətdədir. Abidənin məlumat lövhəsinin çıxarılması barədə məlumatımız var. Məsələ araşdırılır. Məlumat lövhəsi yenidən öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə bu cür yanaşma halları ilə tez-tez rastlaşırıq. Bir daha bütün vətəndaşları, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxsləri tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasını tələb edirik".скачать dle 11.3
Mojo.az Banner