Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb

15.04.2026 12:32 711
Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb
Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb.

Bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilmiş, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

"Hesabat dövründə cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3 800 yaşayış binası, təxminən 176 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2 800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.

O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3 111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.

Mövsüm ərzində 1 309 qazan qurğusu, 3 450 nasos avadanlığı, 1 000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib.

2026-cı ilin birinci rübündə 924 820 Gkal istilik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 910 Gkal və ya 3.7 faiz çox olub.

Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib.

Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99.87 faizi qaz yanacağı, 0.13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Ümumi istehsalın 513 Gkal və ya 0.055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək", - deyə məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner