Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? - "Azəristiliktəchizat"dan AÇIQLAMA

13.11.2025 12:59 819
Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? -
Noyabrın 15-dən etibarən Bakı şəhəri və regionlarda istilik mövsümü başlayır.

"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Oxu.Az-a açıqlamasında bildirilib ki, ölkə ərazisində ümümilikdə 449 məktəb və bağça, 3800 bina (təqribən 185 min mənzil), 152 səhiyyə obyekti, 2500 sosial və təsərrüfat obyektləri istilik ilə təmin olunacaq.

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? - Azəristiliktəchizatdan AÇIQLAMA

"Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli "İstilik enerjisindən istifadə qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, Azərbaycanın 14 dağlıq və dağətəyi rayonlarında istilik mövsümü noyabrın 1-də başlayır. Həmin 14 rayondan 9-da - Şuşada, Qubada, Qəbələdə, Qusarda, Şamaxıda, Şabranda, Xaçmaz, Siyəzəndə və Lerikdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Bu doqquz rayonda "Azəristiliktəchizat" ASC-nin 39 qazanxana və bir istilik məntəqəsi artıq işə salınıb.

Bakı şəhəri və regionlarımızda ümumilikdə "Azəristiliktəchizat" ASC-nin 557 qazanxana və 88 istilik məntəqəsi var, noyabrın 15-dən etibarən bütün qazanxana və istilik məntəqələri işə salınmış olacaq".

O əlavə edib ki, işğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb:

"Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub".

Son xəbərlər