Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbçi "Tərtər işi"nə görə bu qədər təzminat alacaq

04.04.2026 19:43 354
Hərbçi
2017-ci ildə baş verən Tərtər hadisələrinin zərərçəkmiş hərbçilərindən daha birinə təzminat ödəniləcək.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Vüsal Abdullayev mənəvi ziyana görə 300 min manat təzminat tələb edib.

Hərbçi iddia ərizəsində yazıb ki, həmin hadisələr vaxtı qanunsuz olaraq 1 ay qapalı şəraitdə saxlanılıb, müxtəlif əzab-iztirablara məruz qalıb. 2021-ci ildə “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra isə o, da zərərçəkmiş qismində tanınıb.

Abdullayev çəkdiyi mənəvi sıxıntı və iztiraba görə kompensasiya almaq hüququ olduğuni bildirib, bu əsasla tələb etdiyi məbləğin ödənilməsini istəyib.

Cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi isə iddia tələbinə etiraz edib. Əvvəlki hallarda olduğu kimi, bu dəfə də etirazını iddiaçı hərbçinin nazirliyin hərəkətləri nəticəsində zərər çəkmədiyini bildirməklə əsaslandırıb.

Nəsimi Rayon Məhkəməsi yekunda iddianı qismən təmin edib. Vüsal Abdullayevə vəkil xərcləri ilə birlikdə 16 min manat təzminat ödənilməsinə qərar verilibскачать dle 11.3
Mojo.az Banner