Mojo.az Banner
12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ

26.03.2026 22:02 603
Azərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.

Median.Az xəbər verir ki, bu barədə Trend-ə Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, Özbəkistandan Azərbaycana arı ailələri idxal edilib və onların Tropilaelaps gənəsi ilə yoluxduğu qeyd olunur. Beynəlxalq ticarətdə arı ailələri, paket arılar və ana arılar vasitəsilə gənələrin digər ölkələrə keçmə riski yüksəkdir.

"Bu gənələr arıların sürfələri ilə qidalanır. Nəticədə zəif və deformasiyalı arılar yaranır, viruslar yayılır, ailə sürətlə zəifləyir və çökür", - deyə o bildirib.

Qeyd olunub ki, assosiasiya tərəfindən Özbəkistandan Azərbaycana arı ailələrinin gətirilməməsi üçün ciddi səylər göstərilib.

"Özbəkistanda Tropilaelaps gənəsi geniş yayılıb. Bu ölkə illərlə Rusiyaya arı ixrac edib və xəstəlik orada da yayılıb. Ruslar Özbəkistandan gələn arıların xəstəlik yaydığını müəyyən etdikdən sonra idxala qadağa qoyublar".

B.Həsrətov qeyd edib ki, Özbəkistandan müxtəlif yollarla arıların Azərbaycana ixracına cəhd edilib və nəticədə buna nail olunub.

"Hazırda Özbəkistandan gətirilən bir tır arı İsmayıllı ərazisindədir. Tropilaelaps gənəsi ilə yoluxmuş arılar artıq boşaldılıb", - deyə o əlavə edib.скачать dle 11.3
Mojo.az Banner