Mojo.az Banner
12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |     11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kirayə müqaviləsi olmayanları nə gözləyir? - Video

14.03.2026 17:32 927
Kirayə müqaviləsi olmayanları nə gözləyir? - Video
Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.

Median.Az
ATV-yə istinadla xəbər verir ki, yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.

Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var: "Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz".

Ekspert, həmçinin ev sahiblərinin qorxularına da aydınlıq gətirib. Bir çox mülkiyyətçi kirayənişinin qeydiyyata düşərsə, gələcəkdə evə iddia edəcəyindən ehtiyat edir. Hüquqşünasın sözlərinə görə, bu tamamilə yanlışdır: "Kirayə müqaviləsinin müddəti bitdiyi an sənəd etibarsız sayılır. Müvəqqəti qeydiyyat şəxsə mülkiyyət hüququ qazandırmır".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı bildirib ki, bu tədbirlər profilaktik xarakter daşıyır: "Hüquq pozuntularının qarşısının alınması məqsədilə monitorinqlər müntəzəm keçirilir. Vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qaldıqda müvəqqəti qeydiyyata düşməlidir. Əks halda bu, inzibati məsuliyyət yaradır".

Nəzarətin gücləndirilməsində əsas məqsəd kirayə bazarında şəffaflığı təmin etmək və tərəflər arasında yarana biləcək gələcək mübahisələrin qarşısını rəsmi sənədləşmə ilə almaqdır.
скачать dle 11.3
Mojo.az Banner