Mojo.az Banner
16:41 Bakıda Estoniya səfirliyi açılacaq  |     16:28 Uqandada ağır yol-nəqliyyat hadisəsi: 14 nəfər həyatını itirdi  |     16:24 Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı  |     16:23 İspaniyada daha bir miqrant faciəsi: Qayıqda olan 17 nəfər susuzluqdan öldü  |     16:11 "Barselona" qapıçısını icarəyə göndərdi  |     16:08 Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək  |     15:45 Millimizin sabiq üzvü kariyerasını Türkiyədə davam etdirəcək  |     15:39 Bakıda meteor yağışı olunacaq  |     14:53 "Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?  |     14:50 Hüseyn Həsənov barəsində həbs qərarı verildi  |     14:39 Bakıda 79 yaşlı qadının meyiti tapıldı  |     14:36 Yayda təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər edilir?  |     14:31 Universitetlərə ixtisas seçiminin TARİXİ BİLİNDİ  |     14:28 "Nizami" - "28 May" arasında avtobuslar PULLU OLACAQ - RƏSMİ  |     13:02 ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb  |     12:57 Ceyhun Bayramov İqnazio Kassis ilə görüşüb  |     12:50 Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü  |     12:43 Azərbaycanda zəlzələ olub - FOTO  |     12:38 Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi"  |     12:30 Sığorta vəsaitindən istifadə qaydası təsdiqləndi  |    
Left Banner
Right Banner

Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı

13.01.2026 22:08 531
Ev kirayə verənlərin nəzərinə - Cərimə 5 dəfə artırıldı
Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə aid yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə 10 faiz vergi tətbiq olunur. İndiyədək belə şəxslər arasında evlərin kirayəyə verilməsindən əldə olunan gəlirdən 14 faiz vergi tutulurdu.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəyişiklik o deməkdir ki, evini 400 manata kirayə vermiş şəxs artıq aylıq 56 manat yox, 40 manat vergi ödəməlidir. Yenilik sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklara aid deyil. Bu kateqoriya üçün 14 faizlik vergi dərəcəsi dəyişməz olaraq qalır.

Dəyişiklik heç də ev kirayəsindən gəlir əldə edənlərin daha az vergi ödəməsi xarakteri daşımır. Məqsəd vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus evlərin kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Vergidən yayınma hallarının qarşısının alınması sahəsində daha bir yenilik isə maliyyə sanksiyaları (cərimə) ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu əmələ görə cərimə əvvəl də olsa da, məbləği 40 manat idi. Bu da o deməkdir ki, evini kirayə verən şəxs vergi qeydiyyatına alınmaq üçün ərizə vermədiyi halda artıq 40 manat yox, 200 manat cərimə olunacaq.

Qeyd edək ki, bundan başqa, vergi ödəyicisi əldə etdiyi kirayə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə 40 manat məbləğində cərimə olunur. Həmçinin verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında cərimə tətbiq edilir.

Lakin o da vurğulanmalıdır ki, evini kirayəyə verən şəxs vergi orqanında qeydiyyata alınmadan da əldə etdiyi gəlirə görə vergi ödənişini həyata keçirə bilər.

Belə ki, 2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında qeydiyyata durmadan agent müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Qanunvericiliyə görə, vergi agenti vergini hesablayır, onu vergi ödəyicisindən tutur və təyinatı üzrə köçürür. Vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca qeydiyyat aparmaq vergi agentinin öhdəliyidir.

Təcrübədə evini müqavilə bağlamadan kirayəyə verilməsi hallarında ev sahibləri ilə yanaşı, kirayəçilərin də məsuliyyətə cəlb olunduğu hallara rast gəlmək olur. Belə ki, bu halda yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməmək kirayəçilər üçün məsuliyyət yaradır. Bu halda İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə edilir.скачать dle 11.3
Mojo.az Banner