Mojo.az Banner
23:01 Supermarketlərdə niyə tez-tez başsız balıq satılır? - Heç kimin bilmədiyi SƏBƏBLƏR  |     22:54 14 ildən sonra yeni albom çıxaracaqlar  |     22:46 Bu ölkədə virusa görə əl sıxmaq qadağan olundu  |     22:41 Goranboyda iki qadın qətlə yetirilib (Yenilənib)  |     22:34 "Mango"nun qurucusunun oğlu həbs edildi - Atasını öldürübmüş  |     22:28 Avtomobilin nömrəsini itirən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu qədər cərimələnə bilərsiz  |     22:20 Bakı-Tbilisi qatarının qrafiki və dayanacaqları bəlli oldu  |     22:15 Sürücülərə ŞAD XƏBƏR: Əsas magistral yollardan biri təmir olundu  |     22:09 Arvadının saçını qırxıb, ona əzab verən şəxs həbs edildi  |     22:02 Mingəçevirdə tələbə qız binadan yıxıldı  |     21:55 Trampdan sonra Putin Çinə getdi  |     21:50 Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib  |     21:42 Novxanıda hotel yanır - Video  |     21:37 Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?  |     21:29 Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu  |     21:24 İlin ilk dörd ayında Gürcüstandan Azərbaycana nə qədər avtomobil idxal edilib?  |     21:17 On altı yaşlı futbolçu faciəvi şəkildə öldü  |     21:11 Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək  |     21:03 Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı  |     20:57 Bu fakültə Şuşaya köçürülür  |    
Left Banner
Right Banner

İlqar Hacıyevin Bakıdakı milyonluq əmlakları müsadirə edildi - SİYAHI

13.03.2026 13:13 465
İlqar Hacıyevin Bakıdakı milyonluq əmlakları müsadirə edildi - SİYAHI
"Akkord İnşaat Sənaye" ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla manat qiyməti olan əmlakları müsadirə olunub.

Median.Az "Qafqazinfo"ya istinadən dövlət nəfinə keçirilən həmin əmlakların siyahısını təqdim edir:

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;

- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;

- Badamdar qəsəbəsində torpaq sahəsi;

- Yasamal rayonu, Mətbuat prospektində mənzil;

- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.

İlqar Hacıyevin daha əvvəl iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776.7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda digər torpaq sahəsidir.

Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona qiyabi hökm oxunub.скачать dle 11.3
Mojo.az Banner