Mojo.az Banner
15:57 Yaponiyada daha bir güclü zəlzələ xəbərdarlığı olundu  |     15:47 Əli Kərimli barəsində QƏRAR VERİLDİ  |     15:35 Sabah Azərbaycanda 21 kənd və bir qəsəbənin qazı kəsiləcək  |     15:27 Marketdə satılan yumurtanın köhnə və ya təzə olmasını necə ayrıd edək? - RƏSMİ CAVAB  |     15:16 Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - FOTO (Siyahı)  |     15:12 Simonyan: "Yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq"  |     15:09 Azərbaycanda bu məhsullar bahalaşıb (SİYAHI)  |     15:08 "Qarabağ" - "Ayaks" matçına doğru: Statistik məlumatlar  |     15:07 Gəncədə şagirdlərin zəhərlənməsinə səbəb olan dönərxananın sahibi: "Gec yeyiblər"  |     15:04 Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar  |     14:24 AFFA bır sıra klubları cəzalandırdı  |     14:23 DTX-dən ƏMƏLİYYAT: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər TUTULDULAR (Video)  |     13:47 Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif olunur  |     13:30 Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi həbs olundu  |     13:22 Narkotik vasitənin təsiri altında olan sürücü və qadın sərnişinləri SAXLANILDILAR  |     12:54 Azərbaycanın Almaniyadakı səfiri Paşinyanla erməni dilində danışdı (Video)  |     12:50 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib  |     12:49 Şəxs işdən hansı hallarda çıxarıla bilər? - Dəyişikliklər gözlənilir  |     12:47 Namizəd Səfərov dələduzluqda ittiham olunur  |     12:46 Məzuniyyətdə olan işçinin alacağı əməkhaqqı yeni qaydada müəyyənləşəcək  |    
Left Banner
Right Banner

Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - FOTO (Siyahı)

10.12.2025 15:16 168
Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - FOTO (Siyahı)
Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir.

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.

Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.


Səidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik:

Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil - Qiymət: 463 365 manat;

Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil - Qiymət: 323 605 manat biri, 332 755 manat digəri;

Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi mənzil - Qiymət: 429 488 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində mənzil - Qiymət: 670 275 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj - Qiymət: 45 000 manat;

Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi - Qiymət: 43 250 manat

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi - Qiymət: 78 000 manat;

Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ev;

Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil;

Yasamal rayonu, Xarici dairəvi yol 10, "Royal Park" yaşayış massivində ev;

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində ev;

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi;

Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil;

"Mercedes-Benz" və "Audi Q5" minik avtomobillləri.

Məhkəmə qərarı ilə eyni cinayətlərdə ittiham olunan Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın fərqli ünvanlarda bir neçə mənzilləri və avtomobilləri üzərinə həbs qoyulub.
Qeyd edək ki, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunan bu cinayət işinin detalları barədə geniş məlumat vermişdik. Həmin xəbərimizdə həkim kimi işləyə bilmək üçün rüşvət verən şəxslərin siyahısını da təqdim etmişdik.

Hazırda bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Ev dustaqlığında saxlanılan xanımlarım təqsirləri sübuta yetirilərsə, onları 10 ildən çox həbs cəzası gözləyir.скачать dle 11.3