Mojo.az Banner
16:08 Nazirdən qərar: Məktəblərdə dərs vaxtı telefondan istifadə qadağan edildi  |     15:53 Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır  |     15:13 Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ  |     14:46 Hövsanda evlər sökülür - Kompensasiya veriləcək  |     14:33 Universitetlərdə diplomlar bu ildən elektron veriləcək  |     14:31 Kasım-Jomart Tokayev İlham Əliyevə təşəkkür etdi  |     14:14 "Demokratiya TV"nin rəhbəri həbs edildi  |     14:05 Pirşağıda dənizdə qadın batıb  |     13:19 Yer kürəsində maqnit qasırğası bürüyəcək  |     13:18 Kredit qaydalarında YENİLİK - Məsafədən rəsmiləşmə və gözləmə müddəti kimlərə aiddir?  |     13:15 Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi"  |     13:04 Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb  |     12:57 Venesuelada zəlzələ qurbanlarının sayı 1 450 nəfərə çatdı  |     12:48 Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər  |     12:45 Neft kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI  |     12:44 Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ (Video)  |     12:43 Venesuelada zəlzələdən 4 gün sonra ata və oğlu sağ tapıldı  |     12:39 Leyla Əliyeva və Alyona Əliyeva Xeyirxahlıq Festivalında iştirak ediblər - FOTO  |     12:29 XİN: "İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur"  |     12:08 Azərbaycanda buğdanın yeni tədarük QİYMƏTİ MÜƏYYƏN EDİLDİ  |    
Left Banner
Right Banner

Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR

05.12.2025 16:36 933
Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR
Ötən ilin elə bu ayı ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunurlar. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, bu cinayət hadisəsi iki formada həyata keçirilib.

Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb:

1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə;

2. Beşillik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə.

Ümumi qayda belədir ki, praktiki fəaliyyətə buraxılma üçün vətəndaş Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya müraciət edir. Bütün tələblərə cavab verirsə, müsbət geridönüş alır. Şəhadətnamə ala bilməyənlər isə beşillik sertifikasiyaya buraxılmayıblar. Həmin komissiyanın sədri isə səhiyyə nazirinin müavini İlqar Qasımov olub.

Bu cinayət işinin əsas fiquru Səidə Rüstəmovadır. İttihamda deyilir ki, qanunsuz tibbi fəaliyyətə razılıq məhz onun tərəfindən verilib və bu razılıq əsasən rüşvət müqabilində olub. O, konkret olaraq birbaşa özü və ya vasitəçilərdən istifadə etməklə ümumilikdə 266 500 manat rüşvət, eləcə də nüfuz alveri yolu ilə 33 min manat pul alıb. Cinayət yolu ilə əldə etdiyi ümumilikdə 280 min manat vəsaiti isə leqallaşdırıb.

İstintaq materiallarında Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin adları yer alıb. Həmin siyahıda 18 həkimin adı var:

1. E.Dadaşova - Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) həkim-cərrah işləyib. O, sertifikasiya imtahanından keçə bilmədiyi və işdən qovulduğu üçün xəstəxananın baş həkimi Leyla Seyidəliyeva vasitəsilə 25 min manat rüşvət verib. Bundan sonra əvvəlki vəzifəsinə bərpa edilib.

2. S.Qasımova - Azərbaycan Dəmir Yolları Xəstəxanasında həkim işləyib. Onun Bakıdakı 20 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləməsinə razılıq verilməsi üçün 5 min manat rüşvət alınıb.

3. T.Nurəliyeva - Zaqatala RMX-nin Muğanlı kənd məntəqəsində işləyib. Onun digər xəstəxanada fəaliyyətini davam etdirməsi üçün 3 min manat alınıb.

4. R.Bayramov - Şüa-diaqnostika ixtisası üzrə rezidentura təhsili olmadığı halda həmin ixtisas üzrə sertifikasiya imtahanına buraxılması üçün 20 min manat rüşvət verib.

5. P.Salmanova - Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə praktiki fəaliyyətə buraxılması üçün 25 min manat rüşvət verib.

6. X.Cəfərov - İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib.

7. R.Həsənov - İxtisasca həkim-terapevt olub, endokrinoloq üzrə rezidentura təhsili olmadığı halda 20 min manat rüşvət verməklə həmin ixtisas üzrə sertifikasiya imtahanından keçib.

8. Ş.Abdullayeva - Xaricdə anesteziologiya-reanimatologiya üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərməsi üçün 16 min manat rüşvət verib.

9. S.Məmmədov - İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq - 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib.

10. O.Musayev - Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Ölkədə fəaliyyət göstərməsi üçün sertifikasiya almaq məqsədilə 5 min manat rüşvət verib.

11. X.Qafarova - Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Həkim-bioloq üzrə rezidentura ixtisasına sahib olmadığı halda həmin ixtisas üzrə sertifikasiya almaq üçün 10 min manat rüşvət verib.

12. D.Xodjaxov - Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 17 min manat rüşvət verib.

13. H.Pirzadayeva - Respublika Klinik Xəstəxanasında qanköçürmə şöbəsinin müdiri işləyir. Faktiki olaraq praktik fəaliyyətlə məşğul olmayıb. Həkim-terapevt kimi fəaliyyət göstərmək üçün sertifikatı 13 min manat müqabilində alıb.

14. A.Tağıyeva - Onun ölkədə diplomu tanınmayan "Loğman Təsərrüfat Hesablı Tibb Məktəbi"ni bitirdiyi qeyd olunur. Tibb bacısı kimi sertifikasiya imtahanından keçməsi üçün 2 min manat verib.

15. R.Kərimli - Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb.

16. A.Abdullayeva - Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 25 min manat rüşvət verib.

17. S.Mamedova - Ukrayna vətəndaşıdır, orada mama-ginekologiya üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət üçün 20 min manat rüşvət verib.

18. G.Kazımova - Əmək müqaviləsinin uzadılması üçün 1500 manat rüşvət verib.

Səidə Rüstəmova rüşvətin böyük hissəsini Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın köməkliyi ilə nazirlikdəki xidməti otağında qəbul edib. Bundan əlavə o, səhiyyə nazirinin keçmiş müavinləri Rahim Əliyev və mərhum Abbas Vəlibəyovun imzalarını xəbərsiz çap edərək qanunsuz fəaliyyətə əlavə edib.

Prokurorluq müxtəlif qurumlar vasitəsilə də topladığı məlumatlarla müəyyən edib ki, Səidə Rüstəmova cinayət yolu ilə əldə etdiyi pullarla böyük əmlaka sahib olub. Həmin əmlakların çoxu da yaxınlarının adlarına rəsmiləşdirilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Səidə Rüstəmova və digər təqsirləndirilənlər ev dustaqlığındadır. Yekunda təqsirləri sübuta yetirilərsə, saxlanılanları 10 ildən çox həbs cəzası gözləyir.скачать dle 11.3
Mojo.az Banner