Mojo.az Banner
12:30 İstanbulda turistlərin zəhərlənməsi ilə bağlı istintaq davam edir: Saxlanılanların sayı artdı  |     12:22 Abşeronda şirniyyat sexində bədbəxt hadisə: Kişi əlini itirdi  |     12:17 "Euronews": Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır  |     11:24 DSX-nin baş çavuşu ürək çatışmazlığından yox, koronavirusdan vəfat edibmiş  |     11:16 Azərbaycanda boşanmaların ən çox və ən az olduğu iqtisadi rayonlar  |     23:01 Əhali restoran və kafelərdə nə qədər pul xərcləyib?  |     22:54 Tramp BBC-ni məhkəməyə verəcək  |     22:45 Qanunsuz silah-sursatla bağlı 11 fakt müəyyənləşib  |     22:32 Daşkənddə binalar üzərində Azərbaycan bayrağı proyeksiya olunub  |     22:25 Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında YANĞIN (Video)  |     22:17 Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - Video  |     22:04 Şəkidə sahibsiz it iki nəfərə hücum etdi  |     22:02 Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb  |     22:00 Təhsilə ayrılan maliyyə yetərlidirmi?  |     21:38 Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanıldı  |     21:37 Şəkidə 50 yaşlı kişi qətlə yetirildi  |     21:24 İndoneziyada torpaq sürüşməsi: 10-dan çox ölü, itkin düşənlər var  |     21:06 Qusarçay məcrasını dəyişib, evlər təhlükə altında qalıb  |     20:57 Fransa Rusiyanın Ukraynaya zərbələri zamanı Azərbaycan səfirliyinin zərər görməsini pisləyib  |     20:50 Tramp BBC-ni məhkəməyə verəcək  |    
Left Banner
Right Banner

Plastik cərrahiyyə imtahanına icazə müqabilində aldığı rüşvəti daşınmaz əmlaka yatırdı - MƏHKƏMƏ

28.08.2025 18:01 465
Plastik cərrahiyyə imtahanına icazə müqabilində aldığı rüşvəti daşınmaz əmlaka yatırdı - MƏHKƏMƏ
Qanunsuz tibbi fəaliyyətə görə rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmova və həmin şöbənin sabiq baş mütəxəssis-böyük inspektoru Ruhiyyə Məhərrəmova və əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Baxış iclası sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməklik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməklik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməklik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.скачать dle 11.3