Azərbaycana son üç saatda İrandan 26 ölkənin 210 vətəndaşı təxliyə edilib
Median.Az "Report"a istinadən xəbər verir ki, bu vaxt ərzində iki azərbaycanlı diplomatın da təxliyəsi baş tutub.
Bundan başqa, Rusiyanın üçü diplomat olmaqla 18, Çin 31, Böyük Britaniya 6, Kanada 5, Pakistan 24, Tacikistan 30, Türkiyə 1, Çexiyanın 3 diplomatı, Özbəkistanın 4, Kipr 2, Belçika 2, Şri-Lanka 6, Oman 12, Latviya 1, Küveyt 4, Bəhreyn 4, İsveçrə 1, İran 5, Misir 1, Avstraliya 1, Gürcüstan 1, Finlandiya 3, Konqo 10, İndoneziyanın 32 vətəndaşı təxliyə olunub.