Mojo.az Banner
22:59 Fransa İrana zərbə üçün bazalarını açdı  |     22:51 Çin dünyaya dizel və benzin satışını dayandırdı  |     22:46 Keçən ay neçə uşaq övladlığa verilib? - RƏSMİ  |     22:44 İrandan atılan raket Türkiyənin hava məkanında vurulub  |     22:41 Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları  |     22:40 İrakli Kobaxidze İlham Əliyevə zəng edərək Naxçıvana dron hücumunu pisləyib  |     22:33 Donald Tramp: "İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm"  |     22:11 Bakıda bu müəssisə bağlandı - RƏSMİ  |     21:55 Qlobal fəlakət yaxınlaşır: Yalnız belə qorunmaq olar  |     21:50 Tokayev İranın Naxçıvana hücumu barədə: "Bu hadisə hərtərəfli araşdırılmalıdır"  |     21:42 Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır  |     21:34 Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanılıb - VİDEO  |     21:27 Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək  |     21:20 Əməkdar artist müdir vəzifəsinə təyin olundu – FOTO  |     21:14 Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub  |     21:11 Qara geyimlərin ömrünü uzadan sadə üsullar  |     20:44 BMT-nin Bakı nümayəndəliyi Naxçıvandakı dron hücumlarına münasibət bildirib  |     20:36 Bolqarıstanın 10-dan çox diplomatı İrandan Azərbaycana təxliyə olunub - FOTO  |     20:27 13 növ xərçəng riski - Şirniyyatsevərlər diqqət  |     20:20 Edqars Rinkeviçs Prezident İlham Əliyevə zəng edib  |    
Left Banner
Right Banner

Pensiyalarla bağlı mühüm açıqlama

05.03.2026 20:11 123
Pensiyalarla bağlı mühüm açıqlama
SSRİ dövründə toplanmış iş stajının hazırkı pensiya sistemində nəzərə alınması məsələsi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bu stajın necə hesablanması, yenidən qiymətləndirilməsi və mümkün pensiya artımlarının iqtisadi təsirləri sosial siyasət baxımından aktualdır.
 
Median.Az bildirir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu məsələ ilk baxışda iqtisadi və fiskal nəticələri baxımından ciddi suallar doğursa da, mahiyyət etibarilə sosial ədalət məsələsidir.
 
İnsan vaxtında çalışıb, zəhmət çəkib, lakin ahıl çağında yetərli sosial təminat ala bilmirsə, burada həm hüquqi, həm də institusional səbəblər mövcuddur.
 
"Hazırkı pensiya sistemi fərdi sosial sığorta prinsipi əsasında fəaliyyət göstərir. Lakin 1991-ci ilə qədər, SSRİ dövründə fərdi kapital yığımı mexanizmi mövcud olmayıb. Buna baxmayaraq, həmin dövr üzrə əmək stajı “şərti kapital” kimi nəzərə alınır və real maliyyə təminatı olmadan dövlət üçün öhdəlik yaradır. Bu isə o deməkdir ki, SSRİ stajına görə əlavə pensiya artımı faktiki olaraq bu gün işləyənlərin ödədiyi sosial sığorta haqları və dövlət büdcəsi hesabına maliyyələşdirilməlidir. Mövcud fiskal reallıq göstərir ki, əgər SSRİ stajı daha yüksək əmsalla yenidən hesablanarsa, pensiya xərcləri kəskin artar, büdcədən sosial müdafiə sisteminə transfertlər böyüyər və fiskal kəsir riski yüksələr. Onsuz da sistem ciddi çağırışlarla üz-üzədir. İşləyənlərlə pensiyaçıların nisbəti azalır, demoqrafik qocalma sürətlənir, kölgə məşğulluq tam aradan qalxmayıb. Belə şəraitdə maliyyə mənbəyi göstərilmədən əlavə öhdəliklərin yaradılması populist qərar təsiri bağışlaya bilər".
 
Ekspert bildirib ki, sosial ədalət arqumenti vacibdir, lakin təkbaşına yetərli deyil:
 
"SSRİ dövründə çalışmış və aşağı pensiya alan şəxslərin vəziyyəti həssasdır. Ancaq sosial ədalət prinsipi fiskal məsuliyyətlə balanslaşdırılmalıdır. Əks halda, əlavə yük gənc nəslin üzərinə düşə bilər, sosial sığorta haqlarının artırılması, gələcəkdə pensiya yaşının yenidən qaldırılması kimi addımlar gündəmə gələ bilər. Bu isə sosial ədalətin başqa formada pozulması deməkdir. Alternativ yanaşmalar daha rasional ola bilər: kütləvi və bahalı yenidən hesablama əvəzinə ünvanlı sosial dəstək mexanizmləri, minimum pensiyanın mərhələli artırılması, aşağı gəlirli pensiyaçılar üçün diferensial indeksasiya və struktur islahatların dərinləşdirilməsi kimi addımlar sistemin dayanıqlığını qorumağa kömək edə bilər".
 
Onun sözlərinə görə, SSRİ stajının yenidən qiymətləndirilməsi emosional baxımdan cəlbedici görünə bilər və bu istəyi anlamaq mümkündür:
 
"Lakin mövcud iqtisadi reallıqlar göstərir ki, hər əlavə pensiya manatı gələcək nəsillər üçün yeni öhdəlik deməkdir. Bu baxımdan hökumətin prioriteti qısamüddətli sosial məmnuniyyətdən daha çox uzunmüddətli maliyyə sabitliyinin təmin olunmasıdır".
 
Yəni, SSRİ dövründə qazanılmış stajın pensiya üçün yenidən hesablanması ilk baxışda maaşların artması demək olsa da, bu addım dövlət büdcəsi üçün çox böyük maliyyə yükü yarada bilər. Həmin illərdə indiki kimi fərdi yığım sistemi olmadığına görə köhnə stajın qarşılığı olan pul hazırda işləyən gənclərin ödənişləri və büdcə vəsaitləri hesabına ödənilməlidir. Bu vəziyyət gələcəkdə pensiya yaşının artırılması və ya sosial sığorta haqlarının çoxalması kimi çətinliklərə yol aça bildiyi üçün ekspertlərr kütləvi artım əvəzinə daha ehtiyatlı və ünvanlı dəstək təklif edirlər. Bir sözlə, bu gün verilən hər artıq manat gələcək nəsillərin üzərinə yeni borc yükü qoya biləcəyi üçün iqtisadi balansın qorunması sosial ədalət qədər vacibdir.скачать dle 11.3
Mojo.az Banner