Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın sərhədləri bağlı saxlaması – uzaqgörən siyasətin göstəricisidir

04.03.2026 20:27 426
Azərbaycanın sərhədləri bağlı saxlaması – uzaqgörən siyasətin göstəricisidir
"Dünyanın müxtəlif regionlarında müharibələr gedir, münaqişələr aktiv fazaya daxil olur. Beynəlxalq münasibətlər sistemində dövlətlər öz yerini müəyyənləşdirmək, qurulacaq yeni nizamda söz sahibi olmaq, habelə resursların bölüşdürülməsi məsələsində uduzmamaq üçün var gücləri ilə çalışırlar".

Bunu BAKU.WS-ə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Onun sözlərinə görə, belə olan məqamda regional əməkdaşlıqlar, konsolidasiya demək olar ki, beynəlxalq əməkdaşlıqların fövqündə dayanır:

"Çünki uzaqgörən Azərbaycan Liderinin də bildirdiyi kimi hər bir ölkə sərhədləri boyu təhlükəsizlik haqqında ciddi düşünməlidir.

Enerji resurslarına duyulan ehtiyac son dərəcə kritik mərhələyə çatıb. Bu istiqamətdə Azərbaycanın uğurunu təmin edən məsələlərdən biri ondan ibarətdir ki, adıkeçən resursu təzyiq müstəvisinə keçirtmir. Habelə, toqquşan, uzlaşmaz və barışmaz maraqların, rəqabətin mərkəzində balanslı, neytral mövqədə durmağı bacarır. Lakin bu, o demək deyil ki, Azərbaycanın konkret mövqeyi yoxdur, qətiyyət göstərmir.

Azərbaycan son dərəcə qətiyyətli siyasət yürüdür. Sözün konkret və məcazisi mənasında sərhədlərin harada başlayıb, harada bitdiyini düzgün müəyyənləşdirə bilir. Diplomatik kanalları heç zaman bağlamır, uzlaşmanın zəruri olduğunu göz önündə saxlayır. Diplomatiya da məhz budur.

Elə bu məqamda demək yerinə düşür ki, sərhədlər bağlanarkən də Azərbaycan dövlətini son dərəcə kəskin şəkildə tənqid edən tərəflər var idi. Sərhədlərin bağlı saxlanılması ilə bağlı uyğunsuz fikirlərin, hətta ittihamların da şahidi idik. Bu gün özümüzdən həm Şimalda, həm də Cənubda gedən müharibə bir daha sübut edir ki, cənab Prezident İlham Əliyev heç bir qərarı əsassız almır. Alınan hər bir qərarın arxasında məntiqli yanaşma, konkret məqsəd və səbəb-nəticə əlaqəsi dayanır. Bu baxımdan dövlət başçımız hər zaman bildirir ki, sərhədlər boyu təhlükəsizlik əsas amillərdən biridir".

Şəbnəm Həsənova əlabə edib ki, daxildə heç bir risk yoxdur. Bütün potensial risklər xaricdəndir ki, Azərbaycan lideri bu riskləri dəf etməyi bacarır, təhlükəsizliyi daxili olduğu qədər, xarici amil kimi zəruri bilir, bu cür də formalaşdırır:

"Məhz bunun nəticəsidir ki, Astara sərhədindən bu günə qədər Azərbaycana təhlükəsiz şəraitdə keçən müxtəlif dövlətlərin vətəndaşları tərəfindən təşəkkür ifadə olunur.

Azərbaycan barış, anlaşma, uzlaşma, etimad körpüsüdür. Ən ali səviyyələrdə Azərbaycana minnətdarlıq dilə gətirilir. Şübhəsiz ki, bu, dövlət başçımızın hər zaman olduğu kimi yürüdüyü siyasətin, əsas və mahiyyəti etibarilə yürüdülən bu siyasətdə Azərbaycan vətəndaşlarını düşünməyin nəticəsidir. Habelə, Azərbaycan etimad göstəriləcək, söykəniləcək tərəf olduğunu bir daha sübut edir".

Son xəbərlər