Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Paytaxtda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?

13.05.2026 17:49 375
Paytaxtda taksilərdə
Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilir.

Maraqlıdır, bəs görəsən, taksi xidmətində ödənişləri "BakıKart" ilə etmək mümkün olacaq?

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib:

"BakuBus" MMC və "Bakı Taksi Xidməti" MMC-nin "Bakı Metropoliteni" QSC-yə qoşulması ilə baş vermiş müvafiq yenilik şəhərdaxili ictimai nəqliyyatda vahid idarəetmə modelinə keçidin tərkib hissəsidir. Proses yeni başladığı üçün ödəniş sistemləri ilə bağlı konkret qərarlar və tətbiq tarixləri hələ müəyyən edilməyib.

Hazırkı mərhələdə əsas məqsəd müxtəlif nəqliyyat növlərinin vahid sistem daxilində daha səmərəli və koordinasiyalı idarə olunmasını təmin etməkdir. Gələcəkdə bu baxımdan sərnişinlər üçün ödəniş mexanizmlərinin daha rahat, çevik və rəqəmsal həllər əsasında inkişaf etdirilməsi istiqamətində müxtəlif yanaşmalar nəzərdən keçirilə bilər. Bununla belə, hər hansı yeni modelin tətbiqi ilə bağlı qərarlar yalnız texniki, əməliyyat və iqtisadi qiymətləndirmələrdən sonra veriləcək.

Bakıda metro və avtobus sistemində tətbiq olunan "BakıKart" modeli artıq multimodal ödəniş infrastrukturunun formalaşmasına imkan yaradıb. Beynəlxalq təcrübədə də vahid ödəniş sistemlərindən sərnişin rahatlığının artırılması üçün geniş istifadə olunur. Dünyanın bir sıra şəhərlərində sərnişinlər metro, avtobus və taksi xidmətlərindən eyni tətbiq, vahid balans və ya ümumi nəqliyyat kartı vasitəsilə istifadə edə bilirlər.

Müasir beynəlxalq təcrübədə metro və taksi xidmətlərinin inteqrasiyası üzrə müxtəlif yanaşmalar tətbiq edilir. Bir sıra şəhərlərdə metro çıxışlarında xüsusi taksi zonaları yaradılır, sərnişinlərin mənzilbaşına hərəkətini təmin edən digər xidmətlərdən istifadə edilir.

Əsas məqsəd sərnişinlər üçün ödəniş və hərəkət prosesini daha sürətli, rahat və şəffaf təşkil etməkdir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur və gələcəkdə tətbiq oluna biləcək yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcək".скачать dle 11.3
Mojo.az Banner