Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Məşhur generalın xanımı vəkilliyə başladı

13.05.2026 17:31 558
Məşhur generalın xanımı vəkilliyə başladı
Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

Hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisin qərarı ilə 1998-ci il iyulun 4-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 2005-ci il dekabrın 16-da isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb.

Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurub.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun həyat yoldaşıdır.

Hüseyn Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib. 2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.

Xatırladaq ki, Hüseyn Əlixanovun adı 2018-ci ilin oktyabrında məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatar vaqonundan qaçması ilə gündəmə gəlmişdi. Məhz həmin hadisədən sonra general tutduğu vəzifədən azad edilmiş, qarovul rəisi olan bacısı oğlu Ceyhun Səmədov isə saxlanılmışdı.скачать dle 11.3
Mojo.az Banner