Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qremmi" mükafatının təqdimat tarixi açıqlandı

13.05.2026 18:57 516
"Qremmi" mükafatının 69-cu təqdimat mərasimi 7 fevral 2027-ci ildə keçiriləcək.

Median.Az
snob.ru-ya istinadən xəbər verir ki, bu barədə "Disney" və Səsyazmalar Akademiyası Nyu-Yorkda öz məhsullarının təqdimatı zamanı məlumat veriblər.

Mərasim 50 ildən artıq bir müddətdə ilk dəfə olaraq CBS-də deyil, ABC-də, eləcə də "Disney+" və "Hulu"da yayımlanacaq. Bunun şərəfinə ABC və "Disney" böyük təbliğat kampaniyası hazırlayırlar.

"Qremmi" mükafatı ilk növbədə dünyanı hərəkətə gətirən musiqinin şərəfləndirilməsidir və bu məqam məhz bunun üzərində qurulub", - deyə akademiyanın baş direktoru Harvi Meyson öz müraciətində bildirib.

Müsabiqədə iştirak üçün 2025-ci il avqustun 31-dən 2026-cı il avqustun 28-dək buraxılan musiqi əsərlərinin qatılmasına icazə veriləcək. Namizədlər noyabrın 16-da elan olunacaqlar, final səsverməsi isə 2026-cı il dekabrın 10-dan 2027-ci il yanvarın 7-dək davam edəcək.

2026-cı il "Qremmi" təqdimetmə mərasimi fevralın 1-də baş tutub. "Bad Bunny" "Ən yaxşı albom", Billi Ayliş (Wildflower) "Ən yaxşı mahnı", Kendrik Lamar və SZA (Lüter) isə "Ən yaxşı səsyazma" nominasiyalarında mükafat alıblar.

Son xəbərlər