Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

354 kq heroinin dövriyyəsini təşkil edən Hindistan vətəndaşı Bakıda saxlanıldı

13.05.2026 19:02 393
354 kq heroinin dövriyyəsini təşkil edən Hindistan vətəndaşı Bakıda saxlanıldı
Hindistanın hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

"Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner