Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA

13.05.2026 19:39 567
Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA
Bakıda fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan vərəm xəstəsi evə yazılıb.

Bunu Oxu.Az-a tibb müəssisəsində müalicə alan xəstə Anatoli Lopatinin ailə üzvləri bildiriblər.

Məlumatda qeyd edilib ki, A.Lopatinin səhhəti qəfil pisləşib və o, ağır vəziyyətdə (kaxeksiya) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Xəstə müayinə olunandan sonra təcili göndərişlə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsinə hospitalizasiya olunub. İnstitutda aparılan müayinələrdən sonra ona "ciyər vərəmi, açıq stansiya" diaqnozu qoyulub. Xəstə bir ay reanimasiyada müalicə aldıqdan sonra açıq vərəm şöbəsinə palataya köçürülüb. Bu gün səhər saatlarında isə institutun Polad adlı həkimi xəstəyə bildirib ki, o, tam sağalmadığı halda evə buraxılır. Xəstə və onun yaxınları buna etiraz etsələr də, həkim onların etirazlarına məhəl qoymayıb.

Xəstənin yaxınları hesab edirlər ki, açıq vərəm xəstəsinin evə yazılması yolverilməzdir:

"Çünki həmin xəstə ətrafında hamını xəstələndirməyə qadirdir və bu xəstəlik çox asanlıqla - hava yolu ilə, bəlğəm, sidik və nəcis ifrazı ilə, qab-qacaq, hətta dəsmal və ya toxunduğu əşyalar vasitəsilə ətrafındakı şəxsləri yoluxdura bilir. Bu gün həmin həkimlə danışdıq. Həkimə dedik ki, onu xəstəxanadan buraxsanız, bu adam həm ailəsini, həm də ictimai nəqliyyatdan istifadə edərkən daha çox insanı yoluxduracaq. Amma həkim bizə məhəl qoymur".

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva faktı təsdiqləyib. O bildirib ki, həqiqətən də adıçəkilən xəstə bir ay əvvəl institutun reanimasiya şöbəsinə yerləşdirilib:

"Həmin xəstə instituta kritik vəziyyətdə gətirilmişdi. Bir ay müalicə olundu, kliniki vəziyyətdən çıxarıldı. Hazırda palata şəraitində müalicə olunur və xəstəxanadan evə yazılmalıdır. Çünki bütün dünyada belədir, xəstə bir ay müalicə olunandan sonra xəstəxanadan çıxarılıb ev şəraitində müalicə almalıdır. Vərəm xəstəliyi müalicə ilə 6 aya sağalır. Həmin xəstəyə ev şəraitində qayğı lazımdır. Ona görə də həmin xəstəni evə yazırıq ki, yaxınları ona qayğı göstərsinlər. Yaxınları isə ona qayğı göstərmək istəmirlər, bizim isə bir aydan artıq həmin xəstəni saxlamaq imkanımız yoxdur. O, səfil həyatı yaşayan şəxsdir, yəqin qohumları da ona görə onu qəbul etmək istəmirlər. Xəstə əgər istəyərsə, qeydiyyatda olduğu aidiyyəti tibb müəssisəsinə müraciət edib təkrar müalicə kursu keçə bilər".скачать dle 11.3
Mojo.az Banner