Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19-dan sonra təhlükə: Yeni fəsad üzə çıxdı

27.02.2026 11:53 519
COVID-19-dan sonra təhlükə: Yeni fəsad üzə çıxdı
Keçirilmiş koronavirus (COVID-19) infeksiyası böyrək zədələnməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər.

ABŞ-də aparılan genişmiqyaslı araşdırma zamanı tədqiqatçılar üç milyondan çox insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Tədqiqatın nəticələri "Communications Medicine" nəşrində dərc edilib.

Məlumata görə, qriplə müqayisədə COVID-19 keçirmiş şəxslərdə kəskin böyrək zədələnməsi riski 2,3 dəfə, xroniki böyrək xəstəliyi riski 1,4 dəfə, böyrək çatışmazlığının inkişaf ehtimalı isə təxminən 4,7 dəfə yüksək olub.

Araşdırma zamanı artıq böyrək xəstəliyi diaqnozu qoyulmuş iştirakçılar təhlilə daxil edilməyiblər. Bu isə infeksiyadan sonra yaranan yeni halların daha dəqiq qiymətləndirilməsinə imkan verib.

Müşahidə müddəti orta hesabla ilkin xəstəlikdən sonra təxminən bir il davam edib. Qrip böyrəklərə qısamüddətli və nisbətən yüngül təsir göstərdiyi halda, COVID-19 daha davamlı təsir nümayiş etdirərək həm kəskin, həm də uzunmüddətli orqan zədələnməsi riskini artırıb. Alimlər bunu böyrək hüceyrələrinin "SARS-CoV-2" virusunun toxumalara daxil olduğu reseptorları ehtiva etməsi ilə əlaqələndirirlər.

Müəlliflər vurğulayırlar ki, xüsusilə diabet və hipertoniyadan əziyyət çəkən xəstələrdə əvvəlki koronavirus infeksiyası risk faktoru kimi nəzərə alınmalıdır.

Böyrək funksiyasının daha tez-tez monitorinqi problemlərin erkən mərhələdə aşkarlanmasına və ağır fəsadların qarşısının alınmasına kömək edə bilər.
/oxu.azскачать dle 11.3
Mojo.az Banner